Azərbaycanda yenilik - Jest ünsiyyət dilinə daxil ediləcək

Azərbaycanda yenilik - Jest ünsiyyət dilinə daxil ediləcəkAzərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a məlumat verilib.

Verilən məlumata görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə işçi qrupunun hazırladığı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində əksini tapır.

Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına daha geniş şərait yaradılmasıdır.

İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədi ilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin, təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək.

Azərbaycan Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.

Bu dəyişiklik, eyni zamanda, milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"na uyğunlaşdırılması istiqamətində növbəti addımdır.

Belə ki, ölkəmizin 2 oktyabr 2008-ci ildə ratifikasiya etdiyi həmin Konvensiyanın 21-ci maddəsinə əsasən, bu sənədə qoşulan ölkələrin öhdəliklərindən biri kimi jest dillərinin, Brayl əlifbasının, əlilliyi olan şəxslərin seçiminə uyğun gücləndirici və alternativ üsulların, ünsiyyətin bütün digər üsullarının, metod və formatların rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinin təmin olunmasıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 663   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart