Nazir Sahil Babayevdən işsizlərə ŞAD XƏBƏR

Nazir Sahil Babayevdən işsizlərə ŞAD XƏBƏR"Özünüməşğulluq layihələri ilə bağlı Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur".
Sonxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.

"Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulub. Bu ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq"- deyə nazir bildirib.
S.Babayev əlavə edib ki, haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi nəzərdə tutulub: "Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək".

O vurğulayıb ki, BMT İnkişaf Proqramı layihənin icrasına nəzarəti təmin edir: "Bizim üçün də çox gözəl təcrübədir ki, ən müsbət beynəlxalq təcrübəni gətirərək bu layihəni müxtəlif rayonlarda icra edirlər. Biz də onların müsbət təcrübəsini digər rayonlarda özümüz tətbiq edirik. Peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud peşə mərkəzlərimizdən əlavə iki peşə mərkəzinin tikintisi də buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümü məsləhətləri proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulub.

Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulub. Bu il əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq. Bu da imkan verəcək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 8919   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirdən pensiyaçılara ŞAD XƏBƏR

"İindeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır".. . Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlha

17 oktyabr 2019

Azərbaycanda yenilik - Jest ünsiyyət dilinə daxil ediləcək

Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək.. . Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a məlumat verilib.. . Verilə

17 oktyabr 2019

"Azərbaycanda vaxtından əvvəl doğulma 8-12 faiz arasındadır" - Baş neonatoloq

Azərbaycanda ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə olur ki, onların arasında vaxtından əvvəl anadan olanlar da var.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji Xidməti

17 oktyabr 2019

Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir - RƏYLƏR

"Azərbaycanın Dünya Bankının "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, Dünya İqtisadi Forumunun nəşr etdiyi "Qlobal Rəqabətlilik İndeksi"ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşması ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilə

17 oktyabr 2019

Azərbaycanda zibilin içindən 19-cu əsrə aid nadir kitab tapıldı

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb.. . Şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin "El-Kafiye" əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbuld

17 oktyabr 2019

Azərbaycanda biri beş manata olan yumurta satılır - FOTO

Dünyada son dövrlər geniş yayılmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirilib.. . Sonxeber.az xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə onu ağ yumurt

17 oktyabr 2019

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişl

17 oktyabr 2019

Bu rayonlarda qaz olmayacaq

Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək diametri 315 millimetr olan polietilen orta təzyiql

17 oktyabr 2019

Bakıda bu nəqliyyat növləri bərpa oluna bilər - BNA-dan AÇIQLAMA

Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir.. . Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.. . O bildirib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azald

17 oktyabr 2019