"Seyid xoruzun başına əl çəkib, xoruzu kəsib yeyiblər, özü isə ölüb" - Hacı Surxaydan ocaqlarla bağlı ŞOK AÇIQLAMA

"Seyid xoruzun başına əl çəkib, xoruzu kəsib yeyiblər, özü isə ölüb" - Hacı Surxaydan ocaqlarla bağlı ŞOK AÇIQLAMASon dövrlər sosial şəbəkələrdə pirlər və qəbirstanlıqda ölü üstündə mübahisə edən mollalarla bağlı videolar yayılmaqdadır. Təbii ki, bu cür hallar din xadimlərinə qarşı inamı və etibarı azladır.

Bununla bağlı BiG.AZ-a danışan İçərişəhər Cümə məscidinin axundu, ilahiyyat elmlər doktoru, professor Hacı Surxay Məmmədli bildirib ki, bu gün bəzi problemlər inancın düzgün formalaşmamasından qaynaqlanır: "Mən bir dəfə insanların "Xoruz piri" adlandırdığı yerdə oldum. Orada bir neçə xoruz şəkili və daşlar qoyulmuşdu. İnsanlar orada xoruzları öpürdülər. İnsanların dediyinə görə orada bir seyid yaşayıb. O, xoruzu tutub və başına sığal çəkib. Mən onlara başa salmağa çalışdım ki, kişi 10 il öncə ölüb, xoruzu da kəsib yeyiblər. Sadəcə bəzi işbazlar insanların inancından istifadə edib pul qazanmağa çalışırlar. Allah "Qurani Kərim"də buyurur ki, mənə vasitələrlə yaxınlaşın. Bu gün Azərbaycanda "Bibiheybət", "Rəhimə xanım", "Həkimə xanım", "Mir Mövsüm ağa", "İmamzadə" kimi sınanmış mötəbər pirlərimiz var. Onlar həqiqətən imamlarımızın balalarıdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dağılmış "Bibiheybət"məscidini bərpa etdirdi. Ulu Öndər anlayırdı ki, o, 5-ci imamın qızı, İmam Rzanın bacısıdır. O, mühacirdir, Azərbaycana gəlib. Sual oluna bilinər ki, o yerlərin möcüzəsi nədən ibarətdir? Zamanında Xurşidbanu Nətəvan, Quba şahı "Bibiheybət"dən övlad alıb gediblər. Mən də sadaladığım müqəddəs pirlərə gedərək deyirəm ki, "İlahi, sənə and verirəm Mir Mövsüm ağanın cəddinə, Həkimə xanımın babasının xətrinə mənim bir xəstəliyim var onu müalicə et". İstədiyimi də alıram. Çünki o yerlər sınanıb. Şəkili qucaqlayib, öpmək insanı xurafata, cahilliyə aparıb çıxarır. Burada İslamdan söhbət gedə bilməz. Adi bir şəkili qucaqlamaq absurddur. Kəbbədə qara daşı ( Həcərül Əsvəd) biz öpürük. Çünki o daşı Allah göndərib".

Hacı Surxay Məmmədli bildirib ki, Xoruz, Qaloş kimi saxta pirlər sadəcə işbazların qazanc yerləridir: "Bir nəfərin qaloşu insanların başına sürtülməsi biabırçılıqdır. Ən önəmlisi naməhrəm kişinin qadının saçına əl vurması haramdır.Çünki "Qurani Kərim"də buyrulur ki, qadınların naməhrəm kişilərlə görüşməsi günahdır. Naməhrəm kişinin qadının saçına əl vurması onun izzətini aradan qaldırar. Bəlkədə orada bir seyidin qəbri var. O seyidin ruhu o insanlar nifrin edəcək. Çünki onlar "Qurani Kərim"də buyrulanlara zidd hərəkət edirlər. Bu yolverilməzdir".

Hacı Surxay Məmmədli vurğulayıb ki, qəbirstanlıqda ölü üstündə dava edənlər molla deyil:
"Molla dolğun, savadlı deməkdir. Təəssüf ki, bu gün elə insanlar var ki, zamanında başqa vəzifələrdə işləyib. Onlar işdən çıxandan sonra saqqal saxlayıb, başlarına papaq qoyub ölü götürməyə başlayırlar. Qafqaz Müsəlmanlar İdarəsi bu insanlara qarşıdır. 15 ilə yaxındır ki, Qafqaz Müsəlmanlar İdarəsində Elmi Attestasiya Komissiyası fəaliyyət göstərir. İcmalar Dini İşlər üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçir. İcmadan birini din xadimi təyin edirlər. Qafqaz Müsəlmanlar İdarəsində Elmi Attestasiya Komissiyası onları imtahan edir. Din xadimi olmaq istəyən şəxslər "Qurani Kərimi" düzgün oxunmalı, ərəb dilini bilməli və ümumi əxlaq elimindən xəbərdar olmalıdırlar. Kamil şəkildə biliyi olan şəxslərə axund və ya imam kimi dini rütbələr verillir. Qəbirstanlıqlarda olan saxta mollalarla biz mübarizə aparırıq. Hesab edirəm ki, yaxın gələcəkdə saxta mollalar barəsində bir qərar qəbul ediləcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5764   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO

Bir neçə gün əvvəl Qobuda sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açılanıb. -ın əldə etdiyi məlumata görə, Amar Əliyev ayağından aldığı xəsarətlə əlaqədar bir həftə xəstəxanada qalacaq. Qeyd edək ki, azyaşlının vəziyyətinin stabil olduğu bildirilib

18 mart
.

Ramazanın 9-cu gününün imsak və iftar vaxtı

Bu gün Ramazan ayının doqquzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:20-də, ifrat vaxtı saat 19:06-dir. Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının doqquzuncu gününün iftar duasını təqdim edir:. Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə

19 mart
.

Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi — VİDEO

Təhsil almaq heç vaxt gec deyil. Qəbələ sakini Musa Mahmudov da belə düşünür. xəbər verir ki, arıçılıqla məşğul olan M.Mahmudov digərləri ilə müqayisədə daha az məhsul götürdüyünü gördükdən sonra bu istiqamətdə peşə təhsili almaq qərarına gəlib. Üç övladı, səkkiz nəvəsi olan Musa Mahmudov Azərbaycanı

19 mart
.

Öldüyü deyilən Keyt Middleton küçədə görüntüləndi - Video

Bir neçə aydır harada və səhhətinin necə olması müzakirə edilən Böyük Britaniya şahzadəsi Keyt Middleton küçədə həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Sun" yayıb. Nəşr Keytin Vindzorda həyat yoldaşı ilə fermer mağazasın

19 mart
.

Rəqqasə Renka qəzaya uğradı (FOTO)

Rəqqasə Rəna Ağamuradova (Renka) yol-nəqliyyat hadisəsinə uğrayıb. xəbər verir ki, bu barədə o "Instagram" hesabında məlumat yayıb. Rəna avtomobilinin fotosunu paylaşaraq bunları yazıb:. "Gecə məni bir xanım vurdu. Uşağıma sürpriz etməyə gedirdim. Saat 12-də ad gününə getmək alınmadı

19 mart
.

Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək məbləğlər (SİYAHI)

Nazirlər Kabineti "Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqələrdə iştiraka görə ödənişin məbləği"ni təsdiq edib. Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo

19 mart
.

Səhiyyə Nazirliyindən qeyri-iş günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikliklər baş verir. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur:. "İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyaların

19 mart
.

"Ayxan" ticarət mərkəzində yanğın olub - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub. Qurumdan verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğı

19 mart
.

Bakıda DƏHŞƏT: qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO

2022-ci il avqustun 15-də Bakının Yasamal rayonu 3-cü Alatava massivi, Salamzadə küçəsində, "Betonpark" adlanan yerüstü piyada keçidin yaxınlığında qətl hadisəsi baş verir. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və qətl

19 mart