Azərbaycanda rüşvət alan vəzifəli şəxslər həbs edildi — RƏSMİ

Azərbaycanda rüşvət alan vəzifəli şəxslər həbs edildi — RƏSMİ"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib.

Verilən məlumata görə, ilkin araşdırmalarla "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla yanaşı, "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməkə qanuni mənafelərini pozmuş olduqları sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9411   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb. Trend-ə istinadən xəbər verir ki, bu barədə "Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten"də deyilir. Qeyd edilib ki, daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma

18 mart
.

Bayramda bu küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə təhlillər aparıb. xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir. Təhlillərə əsasən, böyük piyad

18 mart
.

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza...

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza. Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbində

18 mart
.

Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bir güdən sonra ölkədə Novruz bayramı ilə əlaqədar tətil günləri başlayacaq. Bayram günlərini evində qeyd etmək istəməyənlər bölgələrə üz tutacaqlar. -ə istinadən xəbər verir ki, Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması vətəndaşları xaricə üz tutmaqdan yayındır. Bayram günlərində avireyslərd

18 mart
.

Ermənilər Xalq artistinin mahnısını oğurladılar - VİDEO

Ermənilər Xalq artisti Ağadadaş Ağayevin "Dodağına gülüş qonub" mahnısını oğurlayıblar. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Həmin görüntüləri təqdim edirik:

18 mart
.

Bakı həbsxanasında məhkum öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Ağayev Müşfiq Zahir oğlu dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

18 mart
.

1071-ci ildən əvvələ işarə var: Türklər nə vaxt gəlib? - Müzakirə başladı

Türk tarixi ilə bağlı maraqlı müzakirə başlayıb. Bütün tarixi və arxeoloji tapıntılar göstərir ki, türklər 1071-ci ildən çox əvvəl Anadolunu özlərinə vətən ediblər. xəbər verir ki, sənətçi Orhan Gencebayın "Türklərin Anadoluya 1071-ci ildə gəldiyini deyirlər. Bu yalandır, inanmayın. Anadoluda tariximi

18 mart
.

Azərbaycanlı bəstəkarın xanımı: "Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik"- VİDEO

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi "Tamam o zaman" mahnısı plagiat çıxıb. Bəstənin mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu "Gülüb getdi" mahnısının eynisi olduğu iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. -a açıqlama verən Tahir Əkbərin xanım

18 mart
.

"ENERGAZER" MMC haqqındakı iddiaları təkzib etdi - Şirkət 682 minlik tenderlə bağlı açıqlama yaydı

12.02.2024-cü il tarixdə saytında tərəfinizdən "Nazirliyin 682.00 manatlıq satınalmasını udan şirkət kimindir?" başlığı altında məqalə dərc edilmişdir. Həmin məqalədə ENERGAZER MMC-nin Energetika Nazirliyi tərəfindən elan edilən satınalma müsabiqəsində qalib gəlməsinin səbəbi həqiqətə uyğu

18 mart