Deputat Musa Quliyev: "Kəndlərdə mal-qaranı otarmaq, torpaq əkmək üçün oğlan uşaqlarına ehtiyac var idi..."

Deputat Musa Quliyev: "Kəndlərdə mal-qaranı otarmaq, torpaq əkmək üçün oğlan uşaqlarına ehtiyac var idi..."Xəbər verdiyimiz kimi ,Azərbaycan xalqının spesifik xüsusiyyəti ailədə uşaqların sayında belə təsir mövqeyini göstərməkdədir. Bəllidir ki, uşaqlar arasında cins fərqi qoymaq gələcəkdə demoqrafik problem yarada bilər. Rəsmilərin verdiyi məlumatda əksini tapan bu məsələ, yəni oğlan və qızların saylarında olan gözəçarpan say fərqi gələcəkdə qadın çatışmazlığı kimi problem yarada bilər.

Millət vəkili Musa Quliyev isə məsələyə maarifləndirmə ilə başlaya biləcəklərini qeyd edərək selektiv abortu qadağan edən qanun və insanlardan söz açıb:

"Mən on beş ildir bu barədə danışıram. Burada din xadimləri də öz sözünü deməlidir. Qız Allahın verdiyi paydır. Bu barədə Məhəmməd peyğəmbərin çox gözəl kəlamı var: "Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoyacaqsınızsa qızlara üstünlük verin".
Bu il yəqin reproduktiv sağlamlığın qorunması haqqında qanun qəbul edəcəyik. Burada selektiv abortla bağlı konkret qadağalar var və 12-ci həftədən sonra abort edilməsinə də ancaq konsilium qərar verəcəkdir. Sosial göstəriciyə görə, abortu ancaq ailənin müraciəti əsasında həkim təkbaşına edirdi, qərar verirdi. Bu tək Azərbaycanın problemi deyil, bir çox Şərq ölkələrinin vətəndaşları az uşaq istəyirlər. Yəni, ailədə çox vaxt iki uşaq istəyirlər. O da birinci uşaq qız olanda çox vaxt abort etmirlər, ancaq ikinci qız olanda artıq aborta üz tuturlar. Mən düşünürəm ki, maarifləndirmə işi ilə bərabər həmçinin inzibati tədbirlər də öz yerində görülməlidir.
Musa Quliyevin sözlərinə görə, Qanunun qadağası vətəndaşa deyil, konret vəzifəli şəxsə yönəlikdir. Yəni ginekoloq həkimə və həmin xəstəxananın baş həkiminə yönəlikdir.
"Vətəndaşa qanun nəzərdə tutmayacaq sən niyə aborta gedirsən? Sualını versək, vətəndaş deyəcək ki, mən övlad istəmirəm. Amma selektiv abortu qadağan etmək ancaq həkimə yönəlikdir".
Deputat qeyd edib ki, bunu etməsək, biz qadın və qızları diskriminasiya etmiş oluruq və həm də ki, demoqrafiq problem ortaya çıxa bilər :
"Mən Milli Məclisdə bu məsələni qaldırmışam. Həmişə deyirəm ki, 20 ildən sonra biz xarici millətlərdən gəlin gətirəsi olacağıq. Bu maarifləndirmə işi ilərlə getməlidir. Əvvələr niyə çox uşaq istəyərdilər və çoxusu da istiyərdilər oğlan olsun? Çünki, ailəyə əsas təsərrüfat lazım idi. Ona görə də qadınlardan çox kişilərə ehtiyac var idi. Mal-qaranı otarmaq, kənd yerlərində torpaq əkmək və soyadın əsas daşıyıcısı kişi oldğduğuna görə nəslin davamçısı da elə kişi xətti ilə getməli idi. Qərbə, dünya dəyərlərinə inteqrasiya edirik və düşünürəm ki, bunlar yavaş- yavaş aradan çıxacaq".

Şəlalə Babayeva
Deputat Musa Quliyev: "Kəndlərdə mal-qaranı otarmaq, torpaq əkmək üçün oğlan uşaqlarına ehtiyac var idi..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1280   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel