Nazir Pərviz Şahbazovdan mühüm AÇIQLAMA

Nazir Pərviz Şahbazovdan mühüm AÇIQLAMAHazırda Azərbaycan və İran energetika sistemləri arasında 230 kV-luq "Masallı (AR) Astara (İR)" elektrik verilişi xətti tikilir. "Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

Bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. O, bildirib ki, "Xudafərin" hidroqovşağının bəndi üzrə işlər 95%, "Qız qalası" hidroqovşağının bəndində isə işlər 50% başa çatdırılıb.

"1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt, orta illik enerji istehsalı 766 milyon kVt/s həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaqdır. "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə də işlər davam etdirilir".

Nazir hesab edir ki, enerji təhlükəsizliyi tam təmin edilib: "Digər ölkələrdən enerji asılılığı aradan qaldırılmış, artıq özü elektrik enerjisi ixrac edən ölkə kimi Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər əldə etsə də, əsas hədəflər hələ qarşıdadır. Çünki dünyada energetika sektoruna olan müasir tələblər yeni məzmun kəsb edir, trendlər dəyişir, enerji istehsalı portfelinin şaxələndirilməsi, səmərəlilik və keyfiyyət standartlarının yaradılması və bu məqsədlə enerji bazarının liberallaşdırılması tendensiyaları geniş vüsət alır. Qloballaşma dövründə sürətlə dəyişən iqtisadi, siyasi vəziyyət, xüsusilə də iqlim dəyişiklikləri ilə bağlı çağırışlar, enerji sektorunun daha az emissiya buraxmaqla daha çox enerji təchiz etmək kimi aktual probleminin həlli və texnologiyaların inkişafı dünya enerji sistemində transformasiya proseslərinə təkan verir.

Paris Sazişi ilə ölkələr qlobal orta temperaturdakı artımı 2 dərəcədən aşağı saxlamaq öhdəliyini götürsələr də, təəssüf ki, 2018-ci ildə istixana qazlarının atmosferə atılması əvvəlki ilə nisbətən 1,7% artaraq tarixdə ən yüksək səviyyəyə çatıb. Karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alsaq, elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının qlobal zərurət olduğunu bir daha aydınlaşdırmış olarıq. Son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir. Xərclərin sürətlə azalması ilə bu enerji növünün rəqabət qabiliyyəti də artır. Hələlik, bərpa olunan enerji mənbələrinin ilkin enerji istehlakındakı payı hidroenerji ilə birgə cəmi 10,9%, elektrik enerjisi istehsalında isə 26% olsa da, proqnozlara görə növbəti 20 ildə ən sürətlə inkişaf edən enerji mənbəyi rolunda məhz bərpa olunan enerji çıxış edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1056   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart