"O, kreslosunu bərkitmək üçün dövləti də aldadıb" - Prezidentə müraciət

"O, kreslosunu bərkitmək üçün dövləti də aldadıb" - Prezidentə müraciətXalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib.

"Qafqazinfo"ya bununla bağlı açıqlama verən sənətkar Azərbaycanın əsas teatrı hesab edilən Akademik Milli Dram Teatrının və Teatrlar İttifaqının rəhbəri Azərpaşa Nemətov barədə ciddi ittihamlar səsləndirib.

Məşhur teatr aktrisasının sözlərinə görə, A. Nemətov şəxsi maraqları üçün rəhbəri olduğu teatrın tarixini təhrif edib. O, eyni zamanda Teatrlar İttifaqına rəhbər seçkilərinin şəffaf keçirilməsini təmin etmək üçün ölkə rəhbərləyinə müraciət edib:

"Dünən cənab Prezidentin çıxışına diqqətlə qulaq asdım və məmnun qaldım. Şəffaf bir dövlət qurmaq... Bu, çox böyük bir fikirdir. Mən Prezidentlə mart görüşü zamanı demişdim ki, sizin verdiyiniz sərəncamlardan sui-istifadə edirlər.

Canım prezidentim, şəffaf dövlətin ən qabarıq atributlarından biri mədəniyyət sahəsi olmalıdır. Xalqın böyük əksəriyyətini təşkil edən mədəniyyət və incəsənət xadimləri sizin göstərdiyiniz qayğı və diqqətə görə təşəkkürünü bildirir. Lakin yeri səhv düşən insanları, təsadüfi adamları hegemon adlandırıram. Dövlətin büdcəsini qara pula çevirib cibinə axıdanlar, qarın sahələrini qabardanlar təəssüf ki, bizim sahədə daha çoxdur. Bu islahatlar mədəniyyət və teart sahələrində aparılmalıdır. Təsadüfi adamlar öz yerlərini bilməlidirlər. İncəsənət xadimləri sənətləri kimi incə ürəyə malikdirlər. Ailələrinə bir parça çörəyi aparmağın dərdindədirlər. Siz təsəvvür edin, həmin incəsənət xadiminə "mənimlə olmasan, səni işdən çıxararam", "mənimlə olmasan, səni fəxri ada göndərmərəm", "ələ alına bilən jurnalistlərə sifariş verib saytlarda biabır edərəm" deyib səslərini kəsiblər. Sanki bir parça çörəyi verən Allah deyil, hegemonlardır.

"Mədəniyyətin tarixini təhrif edirlər. Bu, mədəniyyəti öldürmək deməkdir. Necə ola bilər ki, 147 yaşlı Akademik Milli Dram Teatrını 100 yaşlı kimi təqdim edəsən?! Teatr 1873-cü ildə dövlət tərəfindən tanınıb. Həmin ildə bir çox teatrlar tanındı (SSRİ-də fəaliyyət göstərən digər ölkə teatrları-red). 1919-cu ildə dövlət statusu verilən teatrın 100 illiyi Ulu Öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə (1 il sonra) keçirilib. Bu barədə sənədli filmlər, tarix var. Siz təsəvvür edin ki, indi teatrın 147 yaşı var, lakin Azərpaşa Nemətov (sözügedən teatrın direktoru) öz vəzifə kreslosunu daha da bərkitmək üçün dövləti də aldadıb. 1919-ci ildə dövlət statusu verilib, bundan da istifadə edir, 100 illik kimi təqdim edir. Nə var ki, qarşıdan gələn seçkilərdə qalib olsun, teatr kreslosunda otursun. Mən susurdum, düşünürdüm ki, həmkarlarımdan kimsə fəxri adlar alacaq, illərdir gözlədiyi ordenin sahibi olacaq. Bilirsiz, cənab Prezident, aktyorlar diqqət, qayğı və mükafatlarınızla yaşayır. İncəsənət xadimlərinin çəkdiyi əziyyət, bu sənət yolunda verdikləri sağlamlığın nəticəsi gül-çiçək və alqışlardır. Bu, ömrümüzün və başımızın tacıdır. Amma bundan sui-istifadə edənlərə nə ad vermək olar? Mən onlara hegemon deyirəm. Çox xahiş edirəm, teatr sahəsində böyük islahatlar aparılsın. Aktyorlara, incəsənət xadimlərinə, işçilərinə göstərilən haqsız təzyiqlərə son qoyulsun. Və nəhayət, 73 yaşlı Azərpaşa Nemətovun 15 ildən artıq Teatrlar İttifaqında oturmağı və bura üçün heç bir iş görməməyi ağlasığmazdır.

Hörmətli Prezident, xahiş edirəm. Teatrlar İttifaqının rəhbər seçkilərinin qurultay şəklində keçirilməsinə, burada alternativ namizədlərin olmasına və nəhayət, insanların öz istəkləri, inamları ilə olan seçkilərə şərait yaradasız.

Ümumiyyətlə, müraciət edəcəyimiz mədəniyyət xadimləri, qurumlar bu barədə artıq fikirləşməlidir. Teatrlara ayırdığınız o böyük məbləğdə pulların hansı ciblərə axdığını, harada istifadə olunduğunu artıq yoxlanmasını sizdən xahiş edirəm. Ən böyük hörmətim, ehtiramım sizi dəstəkləmək, Azərbaycan dövlətinə sadiq olmağımdır. Mən həmişə sizinləyəm, xalqımlayam. Mən susmayacam!

Cənab Prezident, mən sizə inanıram. İnanıram ki, bu müraciətim sizə çatacaq. İnanıram ki, Vətənimin qeyrətli oğul və qızları bu müraciəti sizə çatdıracaqlar. Şəxsi ambisiya, çirkli pullar deyil, yalnız xalqını sevənlər bu işi görəcəklər".


Sonxeber.az Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3309   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Cəlaləddinin erməni-gürcü ordusu ilə müharibəsi, Şalvanın İslamı qəbul etməsi-TARİXİ FAKT

Cəlaləddin, böyük bir İmperatorluq halına gəlmiş olan Xarəzmşahlar Dövlətini tarimar və pərişan bir halda götürdü. Atası Məhəmməd xan, vəliəhd olaraq böyük oğlu Uzluğşahı elan etmişdi. Bu səbəbə görə də, Xarəzmşah ordusunun komandirləri və dövlətin rəhbərləri Cəlaləddinin böyük qardaşı Uzluğşahın hökmda

16 oktyabr 2019

Ekspert: "Gövhər ağa" məscidinin fars mədəniyyəti nümunəsi kimi təqdimi terrordur

Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuхarı Gövhər ağa" məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilir. Bu, işğal edilmiş ərazilərdə Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kim

14 oktyabr 2019

Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi-TARİXİ FAKT

Azərbaycan ərazisi bineyi-qədimdən türk tayfalarının vətəni olub. Bu barədə Sonxeber.Az-a tarixçi alim Kərəm Məmmədov məlumat verib.. Qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış kimmer-iskit-sak tayfaları burada öz varlıqlarını qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərə, daha sonra is

14 oktyabr 2019

"Joker": Dəli gülüşün faciəsi

Bu payızdan nümayişə çıxarılan "Joker" filmi elə ilk dəqiqələrdən tamaşaçını tamamilə çulğalayaraq unudulmaz təəssüratlar bəxş edir.. . Bədheybətli süjetinə baxmayaraq, filmdəki aktorların yüksək peşəkarlığı və hərarətli səhnələri tamaşaçıya dərin həyəcanlı anlar yaşadır. Filmin süjeti insa

11 oktyabr 2019

Xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış aktrisamızın SON HALI - FOTO

Əməkdar artist Kübra Əliyevanın yeni fotosu yayılıb.. . Sonxeber.az xəbər verir ki, hava limanında çəkilən fotonu aktrisanın oğlu Ayaz Bayramov sosial şəbəkədə paylaşıb. A.Bayramov fotonu anasını Türkiyəyə yola salarkən çəkib. . . Xatırladaq ki, Kübra Əliyevanın qızı uzun müddətdir ki, Ankara şəhərind

11 oktyabr 2019

Danimarkada "Azərbaycan" ansamblı fəaliyyətə başladı - FOTO/VİDEO

Danimarkada Azərbaycan musiqilərini təbliğ etmək üçün "Azərbaycan" ansamblı fəaliyyətə başlayıb.. . Bu barədə Sonxeber.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.. . ""Azərbaycan" ansamblı Danimarkada Azərbaycan musiqilərini təbliğ edən, Danimarka Azərbayca

9 oktyabr 2019

Sevdiyi qıza görə bıçaqlanan XALQ ARTİSTİ

Sonxeber.az Modern.az-a istinadən Ramiz Novruzov haqda maraqlı yazını təqdim edir.. . İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyini

6 oktyabr 2019

Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulda - VİDEO

İstanbulda təşkil olunan və dördüncüsü keçirilən IV Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyətlə təmsi

4 oktyabr 2019

"80 illik ömrümdə bir dəfə də olsun əməliyyat olunmamışam" - Teymur əmi

Azərbaycanın xalq artisti, xanəndə Teymur Mustafayev səhhəti ilə bağlı açıqlama verib.. . Sonxeber.az xəbər verir ki, o bununla bağlı ATV televiziyasından yayımlanan "Şou Atv" proqramında qonaq olarkən bildirib: "Mən bu 80 illik ömrümdə bircə dəfə də olsun xəstəlik keçirməmişəm, əməliyya

4 oktyabr 2019