Oğlan yoxsa Qız olsun? – Nazirlik körpənin cinsiyyət fərqini aradan qaldırmaq üçün "Milli Faliyyət Planı" hazırladı

Oğlan yoxsa Qız olsun? – Nazirlik körpənin cinsiyyət fərqini aradan qaldırmaq üçün "Milli Faliyyət Planı" hazırladıXəbər verdiyimiz kimi, tarixən Azərbaycan ailəsində cins nisbəti, yəni qız və oğlan uşaqlarının doğumu müzakirə mövzusu olub. Nə qədər müasirləşsək də, ailə dəyərlərimizə yapışan bu ayrı-seçkiliyi təmizləyə bilmirik. Ekspertlər bu məsələnin gələcəkdə qadın çatışmazlığı kimi demoqrafik problem yarada biləcəyini deyir.

Mövcud vəziyyətlə dair Sonxeber.az-ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavablandırıb. Nazirlikdən bildirilib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının davamlı hal alması gələcəkdə demoqrafik inkişaf proseslərinə öz mənfi təsirini göstərə bilər:

"Ailələrdə doğulan uşaqlar arasında cins baxımından həm oğlan, həm də qıza eyni, bərabər yanaşmanın olması, bu sahədə qız uşağına nisbətən oğlan övladlarına verilən üstünlüyün azaldılması lazımdır. Azərbaycan Hökuməti bu problemin aradan qaldırılması üçün beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi-tədqiqatçıları cəlb edir. Problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır".

Nazirlikdən verilən məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Azərbaycanda doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınmasına dair 2019-2022-ci illər üçün Milli Fəaliyyət Planı" hazırlanıb. BMT-nın Əhali Fondunun dəstəyi ilə hazırlanan bu Milli Fəaliyyət Planı aidiyyəti orqanlarla razılaşdırılaraq artıq Hökumətə təqdim olunub:

"Doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması üçün Planda aidiyyatı dövlət orqanları, sosial tərəfdaşlar, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə birgə həyata keçiriləcək kompleks tədbirlər əksini tapır".

Nazirlikdən bildirilib ki, Azərbaycanda yeni doğulmuş körpələr arasında oğlanların payının davamlı artımı 1990-cı illərdən başlayaraq özünü göstərib:

"2000-ci ildə doğulanlar arasında hər 100 qıza 115 oğlan düşürdüsə, 2003-cü ildə isə bu göstərici 118-ə çatıb, 2017-ci ildə 114-ə enib, 2018-ci ildə isə yenidən 115 təşkil edib".

Nazirliyin məlumatında eyni zamanda bəzi iqtisadi rayonlarda respondentlərdə doğum ardıcıllığına görə 2-ci uşaqlar arasında cins nisbəti pozulmasa da, doğulan 3-cü uşaqlar arasında cins nisbəti pozulduğu qeyd edilib:

"2015-2017-ci illərdə Azərbaycanda reproduktiv davranışın xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə 3 iqtisadi rayonda (Şəki-Zaqatala, Aran və Lənkəran) 15-49 yaşlı qadınlar arasında aparılmış sorğu zamanı müəyyən edilib ki, ailədə qız və oğlan uşaqlarının sayı onların müvafiq doğum ardıcıllığına görə dəyişir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4219   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel