"The American Interest": İslahatlar Vaşinqton və Bakı arasında müsbət istiqamətli əməkdaşlıqla strateji dialoqun aparılmasına şərait yaradır

"The American Interest": İslahatlar Vaşinqton və Bakı arasında müsbət istiqamətli əməkdaşlıqla strateji dialoqun aparılmasına şərait yaradır"The American Interest" nəşrində Amerika Xarici Siyasət Şurasının nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, "Azərbaycan müstəqillikdən sonra" kitabının müəllifi Svante Kornellin məqaləsi dərc edilib. Müəllif Prezident İlham Əliyevin apardığı islahatları təhlil edib, onların regionun inkişafına təsirini və ABŞ ilə strateji dialoqun möhkəmlənməsinə əlverişli şərait yaratmasını əsaslandırıb.

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm ölkədir. Qeyd edilir ki, İsraillə sıx münasibətləri olan dünyəvi Azərbaycanın əhalisi qərbyönlüdür. Ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiya üzərindən Avropa ilə Çini birləşdirən quru yolları marşrutunun inkişafında əsas mərkəzə çevirir. Müəllif qeyd edir ki, daha əhəmiyyətlisi, Azərbaycanın öz neft-qaz ehtiyatlarını Avropa bazarlarına ixrac etmək üçün boru kəmərlərini inşa etməsi digər tədarükçülərdən asılılığı azaldan mənbənin yaradılmasına və qaz ixracını şaxələndirməyə imkan verib.

"The American Interest": İslahatlar Vaşinqton və Bakı arasında müsbət istiqamətli əməkdaşlıqla strateji dialoqun aparılmasına şərait yaradır"Report"un xəbərinə görə, məqalədə vurğulanır ki, bu səbəblərdən Vaşinqton və Bakı arasında strateji münasibətlər Azərbaycanın ərazisinin ölçüsü ilə müqayisə edildikdə, ehtimal ediləndən daha mühümdür. Tramp administrasiyasının ABŞ-ın Avrasiyada strateji mövqeyini yenidən nəzərdən keçirdiyini nəzərə alsaq, ölkədə həyata keçirilən islahatlar zamanla səsləşir. İslahatların həyata keçirilməsi ilə bağlı indiki səylər 2015-ci ildə - neftin qiymətlərinin enməsi ilə bağlı olsa da, onlar Azərbaycanda bundan əvvəl də aparılıb. Məsələn, 2001-ci ildə Norveç modeli əsasında Dövlət Neft Fondu yaradılıb. 2012-ci ildə "süni vasitəçiliyi aradan qaldıran" və bununla da vətəndaşlarla dövlət qulluqçuları arasında təmasları azaldan, habelə ölkədə dövlət xidmətlərinin göstərilməsinə mane olan kiçikmiqyaslı korrupsiyanı minimuma endirən "ASAN xidmət" istifadəyə verilib. Bu xidmət çox populyardır və İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət xidmətlərinin göstərilməsində "korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında" onun fəaliyyətini yüksək qiymətləndirib, - Kornell yazır.

Müəllif qeyd edir ki, 2014-cü ildə neftin qiymətlərinin düşməsi ölkədə iqtisadi vəziyyəti pisləşdirib. Bundan sonra fəal islahatlara başlanılıb. İqtisadiyyatın şaxələndirilməsinin bəlli metodu Avropa və Asiyanı birləşdirən quru yolu ilə nəqliyyat dəhlizinin inkişafı üzrə Çin və Avropa ölkələrinin planlarında iştirak etmək idi. Kornell vurğulayır ki, Prezident İlham Əliyevin islahatlara yanaşma tərzi həmişə köhnə institutların "təmiri" deyil, mümkün qədər yeni təsisatların yaradılması olub. Sonrakı üç ildə, ilk növbədə, iqtisadiyyatda və məhkəmə sistemində islahatların təşəbbüskarı və bayraqdarı Birinci vitse-prezidentin ofisi oldu.
"The American Interest": İslahatlar Vaşinqton və Bakı arasında müsbət istiqamətli əməkdaşlıqla strateji dialoqun aparılmasına şərait yaradırAmerikalı ekspert yazır ki, hökumət tərəfindən Mədəniyyət Nazirliyindən ayrı turizm agentliyi yaradıldı və viza prosedurları sadələşdirildi. Hazırda "ASAN xidmət" tərəfindən idarə edilən elektron viza sistemi dünyada bu sahədə ən sadə hesab olunub və onun sayəsində Çin, Cənubi Koreya və bəzi Körfəz ölkələrinin vətəndaşları vizaları ölkəyə giriş zamanı əldə edə bilirlər. Bu, turizmin böyük inkişafına səbəb oldu: 2008-ci ildəki 1 milyon nəfərlə müqayisədə, 2017-ci ildə Azərbaycana 2,6 milyon turist gəlib. 2019-cu ildə turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Eyni zamanda, Bakı özünün kosmopolit ab-havası və parlaq mədəni həyatı ilə Körfəz regionunun ərəb ölkələrindən bir çox turisti cəlb edir. Lakin Azərbaycanın fəal səyləri nəticəsində Bakıda Cənubi Asiyadan gələn bir çox turisti də görmək olar.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti ölkəni iki nəqliyyat dəhlizinin – Avropa İttifaqı və Çinin həyata keçirdiyi Şərq-Qərb və Rusiya-İran və Hindistanı birləşdirəcək Şimal-Cənub layihələrinin habına çevirməyi planlaşdırır. Bu kontekstdə Bakının ətrafında yerləşən və azad iqtisadi zona olan Ələt limanı əsas mərkəzdir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə daxil olan yükləri 2017-ci ilin oktyabrında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə dərhal Avropadakı təyinat yerlərinə göndərmək mümkündür.

Həyata keçirilən bu islahatların nəticəsində Dünya Bankı özünün "Doing Business" hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci pilləyə qaldırıb. Dünya Bankı biznes qurmağın asanlığını, tikintiyə icazə almaq üçün "vahid pəncərə" sistemini, mülkiyyətin qeydiyyatını və vergi və rüsumların ödənilməsi, habelə gömrük proseduralarının həyata keçirilməsinin elektron və şəffaf sistemini xüsusi olaraq vurğulayıb.

Müəllif qeyd edir ki, bütün bunlar Amerika üçün yaxşı imkanlar yaradır. Böyük dövlətlərin əhatəsində olan Mərkəzi Asiya və Qafqazdakı nisbətən kiçik ölkələr Avrasiya geosiyasətində ABŞ-ın rolunu müsbət dəyərləndirməyə meyillidir. Vaşinqton bu islahatların uğur qazanmasında və hökumətdəki islahatçılara dəyişikliklərin nəticələrini neytrallaşdırmağa can atan köhnə qüvvələrə qarşı kömək etməkdə maraqlıdır. Azərbaycanda islahatların keçirilməsi səyləri Vaşinqton və Bakı arasında müsbət istiqamətdə əməkdaşlığa əsaslanan ikitərəfli strateji dialoqun aparılmasına şərait yaradır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 553   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel