Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR

Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAROktyabrın 18-də Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.
Bu barədə Sonxeber.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA-da hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib.
Qeyd olunub ki, həmin qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci il yanvarın 1-dən etibarən təşkil etməlidirlər.
Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib. Bununla yanaşı, bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcəkdir.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.
Bununla yanaşı, sahibkarlıq subyektlərinə müraciət olunaraq, agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə sıx əməkdaşlığa dəvət olunub.
Görüşdə "Bizon", "Jaguar", "Go", "Strong", "Burn", "Monster", "Hazzard", "Full", "Atom", "Jara", "Berg Skyline", "Berg Extreme", "RedBull", "Hell", "King Legend", "Bomba", "Redbull", "Hell", "28 Black", "Carabao original", "Boost", "Dragon", "İnfinity", "Carabao" və "Monster" əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytında da (http://afsa.gov.az/az/legislation/acts) yerləşdirilib.
Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 5668   Tarix: 19 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Səhiyyə naziri əmr verdi: gələn aydan...

Səhiyyə naziri Oqtay Şirəliyev ilkin səhiyyə xidmətində kilinik protokolların tətbiqi barədə əmr imzalayıb.. . Sonxeber.az xəbər verir ki, əmrə əsasən, bu barədə Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırıq, Səhiyyə Nazirliyinin tabeliyində olmayan tibb müəssisələrinin rəhbərlərin

19 oktyabr 2019

"Whatsapp" vergisinə bu ölkədə üsyan qalxdı - FOTO

İqtisadi böhranın dərinləşdiyi Livanda hökumət "Whatsapp" zənglərinə vergi qoymaq planı böyük etirazlara səbəb olub. . . Sonxeber.az-ın xəbərinə əsasən, xalqın sərt reaksiyasından sonra Livan hökuməti geriyə addım atmaq məcburiyyətində qalıb.. . Hökumətin planına əsasən, "Whatsapp"

18 oktyabr 2019

Şagirdi ilə cinsi əlaqəyə girən müəllimə haqqında cinayət işi açıldı - FOTO

Cənubi Afrikada ərə getdikdən sonra modellikdən imtina edib müəllim işləyən Fiona Viotti 18 yaşlı şagirdi ilə cinsi əlaqəyə girib. . . Sonxeber.az-ın xəbərinə əsasən, artıq müəllim barədə cinayət işi açılıb. Viotti cinayət işi açıldığı üçün işdən çıxmaq məcburiyyətində qalıb.. . Qəribə hadisə belə olub

18 oktyabr 2019

Şəmkirdə 25 yaşlı qız evdən çıxdı, itkin düşdü - FOTO

25 yaşlı Şəmkir rayon sakini evdən çıxaraq bir daha geri qayıtmayıb. . . Sonxeber.az xəbər verir ki, Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. . . O, evdən çıxarkən əynində qar

18 oktyabr 2019

Bakı-Sumqayıt yolunda tıxac-Evə piyada gedənlər var - FOTO

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda dəhşətli tıxac olub. . . Sonxeber.az-ın məlumatına əsasən, tıxac uzun müddət davam edib. Hadisə şahidlərinin dediyinə görə, bəziləri avtomobildən enərək evə piyada getməyi tıxacda saatlarla oturmaqdan üstün tutub.. . Qeyd edək ki, son günlər Bakı-Sumqayı

18 oktyabr 2019

Hər gün bir portağal yeyin!

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nədir?. . Axşam.az xarici KİV-ə istinadən portağalın faydalarını sadalayır:. . 1. Soyuqdəymənin dərmanıdır - tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədənd

18 oktyabr 2019

17 yaşlı tələbənin ölümünə səbəb olan keçmiş polis saxlanıldı

Xəbər verdiyimiz kimi oktyabrın 9-da saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində - Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində 17 yaşlı Solmaz Abdullayevanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Qeyd edək ki, Solmaz Abdullayeva birinci kurs tələbəsi olub.. . Sonxeber.a

18 oktyabr 2019

Əhaliyə şad xəbər: Maaş artımı üçün dörd milyard manat ayrılacaq

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrini təqdim edib.. . Oxu.Az-ın xəbərinə görə, 2020-ci il və ortamüddətli dövrdə respublikanın milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrindən irəli gələn vəzifələri

18 oktyabr 2019

"Əhalinin sıx toplaşdığı ərazidə mitinq təşkil etməyi qarışıqlıq salmaq kimi dəyərləndirirəm"-Millət vəkili

Xəbər verdiyimiz kimi Milli Şura oktyabrın 19-da metronun "28 may" stansiyasının yaxınlığında qanunsuz mitinq təyin edib. . . Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Sona Əliyeva bildirib ki, şəhərin mərkəzində, əhalinin sıx toplaşdığı ərazidə mitinq təşkil etməyi qarşılıq salma

18 oktyabr 2019