Ürək xəstəliklərindən uzaq olmaq istəyirsinizsə...

Ürək xəstəliklərindən uzaq olmaq istəyirsinizsə...Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur. Onun əsas prinsipi heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağıyla hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin qidalardan uzaq olmaqdan ibarətdir. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.

Bu sözləri Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova deyib. O, xəstəliyin profilaktikası barədə bunları söyləyib: "Hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir. Daha yaxşı olar ki, nə qədər vaxt varsa, bir-iki saat idman edilsin. Əgər hər gün vaxt yoxdursa, ən azı 5 gün, gün ərzində yarım saat idman edilməlidir. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür, çünki əsas etibarilə ürək problemləri və ani hipertonik krizlər səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.

Piyada gəzmək çox faydalıdır, amma aktiv sürətlə gəzmək məsləhətdir. Qaçaraq deyil, iri addımlarla addımlamaq daha faydalıdır. Hərəkət zamanı döş sümüyü arxasında ağrıları olmayan və 45 yaşından aşağı olanlar müəyyən qədər idman edə bilərlər.

Hərəkət zamanı döş sümüyü arxasında ağrıları, sıxılma hissi olan və ümumiyyətlə 45 yaşdan yuxarı olanlar idman etməyə başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki ürək damarlarında problemi olanlar idman edərkən infarkt və ya ani ölüm keçirə bilərlər. Bunu mütləq nəzərə almaq lazımdır".

Həkim-kardioloq qidalanma barədə də xəbərdarlıq edib: "Yemək zamanı duzun miqdarını bilmək çox vacib məsələdir. Duza olan gündəlik tələbat 6 qramdır və onun bir hissəsi çörəklə qəbul edilir. Çox çörək yedikdə qəbul edilən duzun miqdarı da artır. Eyni zamanda konserv və bütün hazır yeməklərin tərkibində duz var. Ona görə də ilk növbədə, duzu qidadan çıxarmağa çalışmaq lazımdır. Qan təzyiqi varsa duz qəbulunu daha da azaltmaq, gün ərzində 2-3 qram qəbul etmək məsləhətdir. Çoxlu duz qəbul etmək qan təzyiqinin yüksəlməsinə səbəb olan ən başlıca amillərdəndir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2258   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021