Rəqəmlərin insana və onun taleyinə təsiri

Rəqəmlərin insana və onun taleyinə təsiriƏgər siz riyazıyyatçı deyilsizsə, çətin ki, rəqəmlərə həyəcanla yanaşasız. Çox vaxt siz onlar barədə, ümumiyyətlə, düşünmürsüz. Bəlkə də yalnız lazım olan telefon və ya getdiyiniz mənzilin nömrəsini yada salanda rəqəmləri xatırlayırsız. Bu, həyatından razı olan normal insan üçün təbiidir. Yox, əgər həyatınızı dəyişmək istəyirsizsə, onda nə qədər qəribə olsa da, siz rəqəmlərə müraciət etməlisiz.
İş burasındadır ki, rəqəmlər dünya haqqında əlavə məlumat vermir, amma bizə təsir edir. Bu təsir ən müxtəlif amil və şərtlərdən asılı olduğundan, həm xoş, həm də əksinə ola bilər. Necə? Gəlin, rəqəmlərlə bağlı bir neçə tarixi hadisəyə nəzər salaq və bu suala cavab axtaraq...

Müəmmalı "24 iyun" təqvimi

Sonxeber.az qadinkimi.com-a istinadən bildirir ki, bildiyiniz kimi ufologiyada (qalaktika və başqa planetlər haqda UNO - ləri görmüş şəxslərin verdikləri məlumatları yığıb, təsnifləşdirən, elmə məlum olmayan hallar və qeyri - adi varlıqlarla əlaqəyə girmələri haqda məlumatları toplayan tədqiqat sahəsidir - red.) 24 iyunun bədbəxt taleyi var. Ufologiyanı alimlər elm hesab etməsə də, bu sahəylə məşğul olan bir çox mütəxəssislər var. Bu mütəxəssislərdən biri Frenk Skalli həyatının bir - neçə ilini "Uçan boşqabların arxasınca" tədqiqat işinin yazılmasına sərf etmiş və qəflətən 24 iyun 1964 - cü ildə dünyasını dəyişmişdi. Növbəti itki 24 iyun 1967-ci ildə olur. Bu dəfəki "qurban" ingilis ufoloqu Riçard Çen idi. Elə həmin ilin 24 iyununda daha bir ufoloq - NUO tədqiqatçısı, jurnalist, qalaktika və yadplanetlilərdən bəhs edən neçə-neçə kitabın müəllifi olan bir qadın da ölür.
Bu siyahını çox uzatmaq olar. Qəribədir ki, siyahı NUO sahəsində tədqiqat işləri ilə məşğul olan və ya bu sahəylə bağlı adamlardan ibarətdir. 20-dən artıq mütəxəssisi əhatə edən bu anlaşılmaz və müəmmalı ölümlərin hər biri müxtəlif illərin "24 iyun"unda baş verib.

"13" rəqəminin sirli nüansları

Tanınmış alman bəstəkarı Rixard Vaqnerin həyatında 13 rəqəmi hakimlik edibmiş. Onun ismi 13 hərfdən (latınca) ibarətdi.
O, 1813-cü ildə dünyaya gəlib və doğum ilinin numerloji rəqəmi də (1813=1+8+1+3) məhz 13-dür.
R.Vaqnerin kapelmeyster xidmətinə başladığı Riqa teatrı 13 avqust 1837-ci ildə açılıb. Vaqnerin Bayret teatrının açılışı da avqustun 13-də baş tutub.. Bəstəkar həyatı boyu cəmi 13 opera yazıb.

Onlardan ən məşhuru olan "Taygenzer" operasını isə 13 aprel 1845-ci ildə başa çatdırıb. Sözü gedən opera Fransa paytaxtında 13 mart 1861-ci ildə uğursuzluqla nümayiş etdirilib. Lakin bu tamaşa Paris səhnəsində növbəti dəfə - 13 may 1865-ci ildə çox böyük müvəffəqiyyət qazanıb.
Rixard Vaqner 13 il mühacirətdə yaşayıb və fevralın 13-də vəfat edib. Onun ölüm ili alman birliyinin 13-cü ilinə təsadüf edir.

Puşkinin bəlalı "26"-sı

26 rəqəmi dahi rus şairi Aleksandr Puşkin üçün doğulduğu gündən məşum rəqəm olub. Bildiyiniz kimi o, 1799- cu ilin 26 mayında (köhnə təqvimlə) dünyaya gəlib. Vaqner kimi onun da doğum ilini hesabladıqda (1799=1+7+9+9) 26 rəqəmi alınır.
İstənilən ayın 26-da Puşkin bütün işləri təxirə salıb və ya uğursuzluğa düçar olub. Bu səbəbdən də o, öz gündəliyində (görəcəyi işlər və plan gündəliyində) - red) bir qayda olaraq yazırmış: "Non fas" (tərcüməsi: "eləmə" ) və yaxud "Non fatum" (tərcüməsi "qismət deyil"). 26 rəqəmini nəhs hesab edən şair hansısa uğursuzluğa düçar olanda öz doğum gününü yada salıb deyərmiş: "Nə etməli? Bütün bunlar mənim alnıma yazılıb. Nəhs gündə doğulmuşam!".
A.Puşkin 26 yanvar 1836-cı ildə ilk dəfə gündəliyində öz gələcək qatilinin - baron Jorj Dantesin adını yazıb.
26 noyabr 1863 - cü ildə şairin dul xanımı Natalya Nikolayevna Puşkin - Lanskaya vəfat edib.

Sonradan məlum olduğu kimi Puşkin ailəsinə bədbəxtlik gətirən tarixlər çox olub. Onlar bunu bilmədiklərindən özlərini qorumaq iqtidarındda deyilmişlər. Natali avqustun 27-də (1812-ci ildə) doğulmuşdu. 27 yanvar 1837- ci ildə onun həyat yoldaşı ölümcül yaralanır. Natalya Nikolayevna 26 noyabr, 1863 - cü ildə vəfat etmişdir. Rəqəmlərin cəmi 26 olur. Görünür, Puşkinin taleyi ona yalnız bu qədər yaşamağa "icazə" verib.

Sıfır rəqəminiz varsa, ehtiyatlı olun!

Bəzən "0" rəqəminə əhəmiyyətsiz yanaşırıq. Amma əslində təklikdə heçliyi bildirən bu rəqəm tarix boyu çoxsaylı və xoşagəlməz hadisələr "törədib". Odur ki, gəlin, birlikdə tarixə nəzər salaq.

İlk öncə IV İvan Qroznının (1530-1584) doğum ilini (1-5-3-0) təşkil edən qeyri adi əlaqəsinə baxaq:
1 - ilk qar:
5 - ən hakimiyyət;
3 - hakimiyyət qüvvəsi (müqəddəs üçlük):
0 - hər şeyin itirilməsi
9 rəqəmi (1+5+3+0=9). 6 rəqəmi kimi açıq rəqəmdir. Çar çox qəddar idi. Novqorod arxiyepiskopu Leonidi ayı dərisinin içinə tikməyi və itlərin qabağına atmağı əmr edir. Onun əmri ilə diri adamların dərisi soyulur, paya üstündə otuzdurulur, ağızlarına qurğuşun tökülürdü. O, hətta öz doğma oğlunu da öldürmüşdü.

Kənardan görüntüdə insanın hər şeyi var: yaşa, Allaha şükr elə, sevin, özgələrini də sevindir. Lakin bəd taleli "0" (boşluq işarəsi) ətrafında olan hər şeyi dağıdır, hər şeyi hökmdarın əli ilə məhv edir. Bəs son nəticə nə olur? Fitnəkr rəqəmləri olan, sıfırda doğulan çar hər şeyi erkən vəfatı ilə itirir. Onun həyatının finalı məhz əzablı ölüm olur.

IV İvan Antonoviç (1740-1764) Rusiya imperatoru, dahi knyaz qızı Anna Leopoldovanın oğlu, I Pyotrun nəticəsi.
İki aylığında İvan Antonoviç imperator elan olunur. Körpənin yerinə Biron və Anna Leopoldovna hökmranlıq edir, 1741- ci ildə isə Yelizaveta Petrovna I Pyotrun qızı Anna Leopoldovnanı həbs edir. Sonralar körpə də həbs olunur və uzun illər həbsdə yaşayır. Diqqət edin: 5 rəqəmi "əl" - "hakimiyyət" deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4527   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021