Qubadakı dəhşətli cinayətlə bağlı araşdırma başladı

Qubadakı dəhşətli cinayətlə bağlı araşdırma başladıQuba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən gəlinin əri Şahmar Əsədov, gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov, Pərviz Əsədov və Nazim Mikayılovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sonxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Zabit Yolçuyevin vəkili vəsatət verib. O, müdafiə etdiyi şəxsin ev dustaqlığında buraxılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses oktyabrın 29-da davam edəcək.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb.

Teleqraf.com
Qubadakı dəhşətli cinayətlə bağlı araşdırma başladı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1894   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart