SOS: Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb

SOS: Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıbAvqustun ikinci ongünlüyündən etibarən Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb.

APA-nın xəbərinə görə, Ucar, Zərdab, Göyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb.

Kanalda suyun azalmasına görə ötən ayın ikinci ongünlüyündən etibarən həmin rayonların ərazisindəki arxlarda suyun səviyyəsi enib, bəzi yerlərdə isə tamamilə kəsilib.

Sakinlər deyir ki, problemə görə suyu 15-20 manat ödəməklə şəxsi su maşınlarından alırlar. Bu su isə 5-6 günə çatır. Onlar heç olmasa gün ərzində bir neçə dəfə su maşınları ilə aztəminatlı ailələrə suyun daşınmasını istəyirlər.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı APA-ya açıqlamasında bildirib ki, "Azərsu"nun Ucarın Qazyan kəndində modul tipli sutəmizləyici qurğusu var, amma Şirvan kanalında su az olduğuna görə bu qurğu işləmir. O əlavə edib ki, qurğunun işləməməsinə görə həmin kənddə əhali içməli su ilə təmin edilə bilmir:

"Qazyan kəndində içməli su problemi oktyabrın ikinci ongünlüyündən başlayıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik ki, kanala su verilsin. Kanalda su olan kimi qurğunun fəaliyyətini bərpa edəcəyik. Qurğu Ucar rayonunun içməli su təminatını həyata keçirir".

A.Cəbrayıllı qeyd edib ki, Şirvan kollektorundan qidalanan qurğularda da problem ola bilər:

"Kollektorda hələ su var və mümkün olan yerlərdə işləyir".

"Kanalda su olmadığı halda "Azərsu" əhalinin su tələbatının ödənməsi üçün hansı addımları atır" sualına cavab olaraq A.Cəbrayıllı bildirib ki, həmin ərazilər şoran olduğuna görə subartezian quyusu qazmaq mümkün deyil:

"Belə olan halda da əhali fərdi qaydada maşınlarla su gətirdərək tələbatını ödəyir".

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə açıqlamasında deyib ki, su azlığı Yuxarı Şirvan kanalı ilə bağlıdır:

"Səbəb Kür çayında suyun azalmasıdır. Bu da təbii prosesdir".

O qeyd edib ki, su idarələrinə qənaət rejiminə keçmək tapşırılıb:

"Bir var kanalda su ola, biz verməyək, bir də quraqlıq keçir deyə, su az olur və belə problem yaşanır. Azərbaycana suyun çox hissəsi kənardan gəlir. Türkiyə, Gürcüstanda qarlı, yağıntılı hava olmalıdır ki, Kür çayı bolsulu olsun, biz də kanalları su ilə təmin edə bilək. Bu, o demək deyil ki, rayonlarda su yoxdur.

Su var, sadəcə, idarələrimizə qənaət rejiminə keçməklə bağlı tapşırıq vermişik ki, hamıya su çatsın. Mingəçevir Su Anbarında su müəyyən səviyyədə olmalıdır ki, kanallar oradan kifayət qədər su götürə və əhalini su ilə təmin edə bilsin".

D.Şərifov bildirib ki, müəyyən subartezian quyuları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtiyarındadır. Ondan həm içməli su kimi, həm də həyətyanı və əkin sahələrinin suvarılması üçün istifadə olunur:

"Çalışırıq ki, Yuxarı Şirvan kanalının təmin etdiyi 11 rayon suvarma suyu ilə təmin olunsun. Dənli bitkilərin əkin prosesi başlayıb və suvarılmasında problem olmasın deyə, idarələrə də tapşırmışıq ki, qənaət rejiminə keçirilsin, sudan səmərəli istifadə olunsun, israfa yol verilməsin ki, əhali suvarma suyundan istifadə edə bilsin. Bu il nisbətən quraqlıq olub, ona görə su qıtlığı yaranıb".

O bildirib ki, suvarma suyu ilə bağlı problem olduğu halda, əkin sahələrinə su növbəlilik prinsipi əsasında verilir:

"Bəzən növbəlilik prinsipində də problem yaranır. Kimsə daha irəli düşmək istəyir. İdarələrimiz çalışır ki, nisbilik gözlənilsin. Kimə vacibdirsə, onun əkin sahəsinin suvarılması üçün kömək göstərilir".

D.Şərifov problemin həlli ilə bağlı subartezian quyularının qazılması məsələsinə də münasibət bildirib:

"Ölkə Prezidentinin göstərişinə əsasən, bölgələrdə sədr tərəfindən səyyar qəbul keçirilir. Qəbulda insanlar problemlərini deyirlər. Bölgələrin əksəriyyəti subartezian quyusu tələb edir. Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Problemlər nəzərə alınır.

Nazirlər Kabinetinə, Prezident Administrasiyasına hansı yerlərdə subartezian quyusunun qazılmasına ehtiyac olması barədə təqdimat yazırıq. Prezident hər il subartezian quyularının qazılması ilə bağlı sərəncam imzalayır. Bu il də imzalayıb. İlin sonuna yaxın 300 subartezian quyusu qazılacaq".

Su qıtlığının yaranmasının səbəblərini şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlamasında bildirib ki, yalnız Azərbaycanda deyil, dünyada su ehtiyatları azalır.

Onun sözlərinə görə, bu, qlobal problemdir, o cümlədən, suyu az olan ölkələr üçün daha ciddi siqnaldır:

"Hazırda Azərbaycanın kifayət qədər suyu var. Amma su ehtiyatı son onilliklər ərzində azalıb, növbəti onilliklərdə iqlim dəyişmələri nəticəsində yenə də azalacaq. Bu problemin qarşısını ala bilməyəcəyik, çünki qlobal problemdir.

Bizim su resurslarımız regiondakı digər ölkələrdən daha azdır. Biz suyu az olan ölkələr sırasındayıq.

1961-1992-ci illərdən sonrakı onilliklərdə Azərbaycanda su ehtiyatları 10-15% azalıb. Kür çayında, Mingəçevir su anbarında su azalır. Şirvan kanalı da Mingəçevir Su anbarı ilə qidalandığına görə kanala daha az su verilir. Buna görə bu kanalla qidalanan ərazilərdə su qıtlığı müşahidə olunur".

O vurğulayıb ki, daha arid, quraq iqlimi olan və kənd təsərrüfatında suvarma sahəsi çox olan rayonlarda su qıtlığı daha artıq hiss olunur. Bura Salyan, Saatlı, İmişli, Sabirabad, Şirvan və başqa rayonlar daxildir. Şöbə müdirinin sözlərinə görə, su kanallarındakı suyun səviyyəsi təbii su hövzələri, yeraltı suların vəziyyəti ilə bağlıdır.

Nazirlik rəsmisi, həmçinin, Azərbaycandakı qar ehtiyatı barədə də məlumat verib: "Ölçmələr nəticəsində məlum olur ki, qar örtüyünün səviyyəsi getdikcə yuxarı qalxır, qarın miqdarı isə azalır. Buzlaqların sahəsi kiçilir. Bu, qlobal problemdir, bizdə də özünü biruzə verir".

R.Səttarzadə problemin qarşısının alınması üçün vacib tədbirlərdən də danışıb:

"İqlim dəyişmələrinin nəticələrini yumşaltmaq, qabaqlayıcı tədbirlər görmək olar. Bunlardan biri hidrometeorologiya sahəsində ehtiyat xəbərdarlıq sisteminin qurulmasıdır. Bununla vəziyyət barədə əvvəlcədən məlumat almaq olur. Qaz tullantılarının miqdarını azaltmağa çalışmaq lazımdır.

Meşə sahələrinin artırılmasına kəskin ehtiyac var. Bundan başqa, enerji səmərəliliyinə nail olmaq, alternativ bərpa olunan enerji mənbələrindən istifadənin artırılması lazımdır. Bu tədbirlərin görülməsi ilə su qıtlığının əsas səbəbi olan qlobal istiləşməni qabaqlamaq mümkündür".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1208   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Ayran pəhrizi ilə 5 kiloqram arıqlaya bilərsiniz

Formada qalmaq və kilo vermək istəyənlər yeni pəhriz siyahıları ilə maraqlanırlar.. . Axşam.az ən məşhur pəhrizlərdən biri olan ayran pəhrizini təqdim edir:. . A vitamini ilə zəngin olan ayran pəhrizi vasitəsilə 1 həftədə 5 kiloqram vermək mümkündür. Ayran həm qısa müddət ərzində sizə gözlədiyiniz nəticən

21 oktyabr 2019

Bakıda 11 yaşlı oğlan anasından imtina etdi: "Elə ananı istəmirəm" - ŞOK SƏBƏB - VİDEO

Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.. . Sonxeber.az baku.ws-ə istinadən verir ki, azyaşlı anasının şiddət gördüyü üçün evdən qaçdığını deyib.. . O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmə

21 oktyabr 2019

Əli Kərimli iki polis əməkdaşına xəsarətlər yetirib — Baş Prokurorluq

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid "Facebook" səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmı

21 oktyabr 2019

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir. Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.

21 oktyabr 2019

9 ayda Azərbaycana 2,4 milyon turist gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.. . Dövlət Statistika Komitəsindən Sonxeber.az-a verilən məlumat

21 oktyabr 2019

"Şuşadakı məscidi fars mədəniyyətinin nümunəsi kimi təqdim etmək erməni siyasətidir"- Millət vəkili

Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuxarı Gövhər ağa" məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən Fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilib. . . Bununla bağlı Sonxeber.Az-a danışan deputat Cavid Osmanov vurğulayıb ki, Şuşadakı "Yuxar

21 oktyabr 2019

DİN-dən xadimənin öldüyü hadisə ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş verən ağır yol qəzası barədə məlumat yayıb.. . Sonxeber.az xəbər verir ki, oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticəd

21 oktyabr 2019

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.. . Sonxeber.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdak

21 oktyabr 2019

Prezident tapşırıq verdi - Nazir icrasına dair iclas keçirdi (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.. . Sonxeber.az xəbər verir ki, iqtisadiyyat naziri

21 oktyabr 2019