Baş Nazir müavini postundan yola salınan Əli Həsənovun DOSYESİ

Baş Nazir müavini postundan yola salınan Əli Həsənovun DOSYESİPrezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirib.

1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləyib.

1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini,1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini,1980-cı ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini,1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi,1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini,1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini,1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır.1990-cı ildə respublika Ali Sovetinin deputatı,
1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.

1998-2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilib.

2018-ci il 20 aprel tarixində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ailəlidir, 2 övladı var.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 2962   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Ayran pəhrizi ilə 5 kiloqram arıqlaya bilərsiniz

Formada qalmaq və kilo vermək istəyənlər yeni pəhriz siyahıları ilə maraqlanırlar.. . Axşam.az ən məşhur pəhrizlərdən biri olan ayran pəhrizini təqdim edir:. . A vitamini ilə zəngin olan ayran pəhrizi vasitəsilə 1 həftədə 5 kiloqram vermək mümkündür. Ayran həm qısa müddət ərzində sizə gözlədiyiniz nəticən

21 oktyabr 2019

Prezident İlham Əliyev Hacıbala Abutalıbovu işdən çıxardı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. . . Sonxeber.az xəbər verir ki, sərəncamda deyilir: . . "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-c

21 oktyabr 2019

Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi

Baş nazirin iki müavini - Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.. . Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib. . . Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifəsindən azad olunacaq. Qərarlar yaxın günlərdə rəsmən açıqlanacaq.

21 oktyabr 2019

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim-psixoterapevt Əli Nağıyevdən ŞOK Açıqlamalar

Həkim- psixoterapevt Əli Nağıyev Sonxeber.az-ın suallarını cavablandırıb.. - Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içində

21 oktyabr 2019

"Sən ölməli adamsan" - "Gelandevagen"li Əliyarın vurulma səbəbi və TƏFƏRRÜAT

Öz dostu tərəfindən bıçaqlanan Əliyar Qasımovun vəkili hadisənin təfərrüatı və hazırda davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib.. . Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, vəkil İlqar Rüstəmov Əliyar Qasımovla yanaşı hadisə zamanı bıçaqlanan Sabir Tarverdiyevin də müdafiəçisidir.

21 oktyabr 2019

SOS: Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb

Avqustun ikinci ongünlüyündən etibarən Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb.. . APA-nın xəbərinə görə, Ucar, Zərdab, Göyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb.

21 oktyabr 2019

Bakıda 11 yaşlı oğlan anasından imtina etdi: "Elə ananı istəmirəm" - ŞOK SƏBƏB - VİDEO

Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.. . Sonxeber.az baku.ws-ə istinadən verir ki, azyaşlı anasının şiddət gördüyü üçün evdən qaçdığını deyib.. . O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmə

21 oktyabr 2019

Əli Kərimli iki polis əməkdaşına xəsarətlər yetirib — Baş Prokurorluq

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid "Facebook" səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmı

21 oktyabr 2019

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir. Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.

21 oktyabr 2019

vipemlak.az