BANM-ın tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdiriblər - VİDEO

BANM-ın tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdiriblər - VİDEOAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası nümayiş olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Report"a verilən məlumata görə, tamaşada SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, vitse-prezidentlər, SOCAR-ın müəssisə rəhbərləri, BANM-in rəhbərliyi, ictimai-siyasi xadimlər, eləcə də BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri BANM-ın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşanın təqdimat mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov musiqili komediyanın bu il dünya üzrə quruda ilk neft platforması sayılan əfsanəvi Neft Daşları yatağının 70 illiyinə həsr olunduğunu bildirib. O, yaradıcı kollektivə və operettada rol olan tələbələrə bu məsuliyyətli işdə uğurlar arzulayıb. Rektor qeyd edib ki, tamaşada Bakı Ali Neft Məktəbinin yerli tələbələri ilə yanaşı, əcnəbi tələbələri də çıxış edirlər.

"Bakı Ali Neft Məktəbi Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də layiqli vətəndaşlar yetişdirməyə çalışır. Tələbələri ölkənin ictimai-mədəni həyatının fəal iştirakçısına çevirməyə səy göstəririk. Bu baxımdan, "O olmasın, bu olsun" operettası da onların həyatında xüsusi iz buraxacaq. Dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqili komediya janrında yazdığı dörd pərdədən ibarət olan əsərdə Azərbaycan xalq musiqisi - muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib. Kompazisiya zənginliyi təbii olaraq tələbələrimizin üzərinə böyük məsuliyyət qoyur. Amma, ümidavaram ki, onlar bu məsuliyyətin öhdəsindən layiqincə gələcəklər". - deyə rektor əlavə edib.

Tamaşada baş rolları BANM-in tələbələri Murad Süleymanlı (Rüstəm bəy), Mahirə Əsədzadə (Gülnaz), Sənan Həsənzadə (Sərvər), Nazpəri İsfəndiyarzadə (Sənəm), Cavid Məcidov (Məşədi İbad), Əsəd Əsədli (Həsənqulu bəy), Orxan Sayidov (Rza bəy), Faiq Hacıbalayev (Həsən bəy), Kamil Nağızadə (Qoçu Əsgər), Ağaqardaş Camalov (Hambal), Kənan Sadıqov (Məşədi Qəzənfər), Aqşin Fətəliyev (Baloğlan) ifa ediblər.

Kütləvi səhnələrdə və rəqslərdə Cavid Məmmədli, Ramil Əmirli, Rəşid Abbasov, Əbdül Bağırov, Ziya Yusifov, Cahan Qarayeva, Səidə Sədiyeva, Sədayə Ömərova, Zərifə Abdulova, Ləman Həsənli, Nəriman Tağızadə, İslam Temavov, Uğur Paşayev, Nəsrin Qədirli, Vahid İsmayılzadə, Ajua Chukwumelam Adedayo, Ezuma Ezinne Jessica, Ayajan Beisenbayeva, Inyama Somtochukwu Chidinma, Samuel Dum Ale Birigbo, Ekanem Umoh Friday iştirak ediblər.

Tələbələrin məharətli ifaları tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.

BANM-ın tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdiriblər - VİDEOBANM-ın tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdiriblər - VİDEOBANM-ın tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdiriblər - VİDEOBANM-ın tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdiriblər - VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2282   Tarix: 24 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral