Pilot təyyarənin tualetinə kamera qoydu - Yol boyu qadınları canlı olaraq izləyirmiş - FOTO

Pilot təyyarənin tualetinə kamera qoydu - Yol boyu qadınları canlı olaraq izləyirmiş - FOTOBir neçə dəqiqəlik pilot kabinasında olan stüardessa qarşılaşdığı "mənzərə"dən dəhşətə gəlib.

Sonxeber.az milli.az-a istinadla xəbər verir ki, pilot kabinasına daxil olan stüardessa pilotların təyyarənin ayaqyolusuna qoyduqları kamera vasitəsi ilə görüntüləri izlədiklərini görüb.

Arizona Central-ın məlumatına görə, Renee Steinaker adlı stüardessa məsələ ilə bağlı pilotları məhkəməyə verib. O, bldirib ki, olay 2017-ci ildə "Southwest Airlines"şirkətinə məxsus təyyarə ilə Pitsburqdan Finiks şəhərinə uçan zaman yaşanıb.
İddia ərizəsində qeyd olunan məlumata görə, kapitan Terry Graham stüardessadan pilot kabinasına nəzarət etməyi xahiş edərək ayaqyoluna gedib. Bu əsnada kabinaya göz gəzdirən qadın oturacağa qoyulmuş "iPad" cihazında ayaqyolunun görüntüsünü görüb. Qadın ayaqyolundakı gizli kameradan çəkilən görüntülərin "iPad"a translyasiya olduğunu biləndə özünü itirib. O, "iPad"ın şəklini çəkib, yerə endikdən sonra bu barədə səlahiyyətli orqanlara xəbər verib.

Şirkət isə məsələ barədə açıqlama verərək iddiaların əsassız olduğu bildirilib.

Məhkəmə prosesi davam etdirilir.
Pilot təyyarənin tualetinə kamera qoydu - Yol boyu qadınları canlı olaraq izləyirmiş - FOTO

Maraqlı   Baxılıb: 3723   Tarix: 26 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR