Dünyanın ilk canlı "svetoforu" – Xalid Musayev

Dünyanın ilk canlı "svetoforu" – Xalid MusayevSuraxanı rayonunun Əmircan qəsəbəsində onu hər kəs tanıyır. "Canlı svetofor" olaraq adlandırılan Xalid Musayevi nəinki Azərbaycan televiziyaları, hətta Türkiyə və Rusiya televiziyaları da çəkib.

3-cü qrup əmək veteranı olan Xalid bəy uzun illərdir, azyaşlı uşaqlara ərazidə yerləşən maşın yolundan keçməkdə kömək edir.
Xalid bəyin dediyinə görə, vaxtilə Qərbi Azərbaycandan buraya köçüblər. Maşın yağı sataraq ailəsini dolandırıb. Bir gün iş başında olarkən iki azyaşlı uşağın ağladığını görüb. Uşaqdan səbəbini soruşub və uşaq yolu keçə bilmədiyini bildirib. O gündən bəri Xalid bəy uşaqlara yolu keçməkdə köməklik edib.
Ona "canlı svetafor" adını da yolu keçməkdə köməklik etdiyi Aytən adlı 3-cü sinif şagirdi verib.
"Bir gün oturmuşdum, azyaşlı bir qız "canlı svetafor" mənə yolu keçməkdə kömək et"- dedi və mən o gündən sonra bu adı götürdüm. İndi çox istəyərdim ki, o uşağı tapım" – deyə Xalid bəy bildirib.

Ona bu işi inkişaf etdirməkdə Rayon İcra Hakimiyyəti və Yol Polis İdarəsinin də köməklik etdiyini söyləyən Xalid bəy əvvəllər sürücülərin ona söyüş söydüklərini, hətta bir dəfə bir sürücünün onu vurduğunu da bildirdi.

"Hər gün səhər saat 7.00-dan axşam saat 21.00-dək mən uşaqları yoldan keçirməklə məşğulam. Bir gün yoldan keçirdiyim uşaqların adını dəftərçəmə qeyd elədim. Saat 7.00-dan 21.00-dək 123 uşaq siyahıya düşdü".
"Canlı svetafor" bildirib ki, o, artıq özünə ayrıca otaq ayırıb, İcra Hakimiyyətinin yardımı ilə ona partalar da verilib. Hər həftəsonu azyaşlı uşaqlara yol hərəkəti ilə bağlı qaydaları öyrədir. Ona bunun üçün kitablar da verilib və hər şey təmənnasız olaraq həyata keçirilir.

Xalid bəy qeyd etdi ki, 97-ci illərdən başladığı bu işi tək davam etdirmir. Artıq ona bir xanım da yardım edir.
"Bu xanımın uşağı yol qəzası nəticəsində yaralanıb və o, könüllü şəkildə mənə yardım edir".
Ən böyük arzusunun gördüyü işlə bağlı muzey yaratmaq olduğunu bildirən Xalid bəy bir gün bu arzusuna da çatacağını qeyd etdi.
Dünyanın ilk canlı "svetoforu" – Xalid MusayevDünyanın ilk canlı "svetoforu" – Xalid MusayevDünyanın ilk canlı "svetoforu" – Xalid MusayevDünyanın ilk canlı "svetoforu" – Xalid Musayev


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1260   Tarix: 29 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021