Tovuzda uşaq futboluna xidmət edən layihə - VİDEOREPORTAJ

Tovuzda uşaq futboluna xidmət edən layihə - VİDEOREPORTAJAFFA-nın başlatdığı "Məktəblərdə futbol dərsləri" layihəsinə Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbində 55 şagird cəlb olunub.

Bu barədə "Report"un Qərb Mərkəzinə açıqlamasında məktəbin futbol müəllimi Mahir Tağıyev deyib. M.Tağıyev bildirib ki, V, VI və VII siniflərdə oxuyan şagirdlərdən 30-u qız, 25-i oğlandır. O, yaradılan şəraitdən razılıq ifadə edib: "Bizim üçün hər cür şərait yaradılıb, idman forması, top və məşqlərin keçirilməsi üçün lazımı ləvazimatlarla təmin edilmişik. Həftədə 3 dəfə - 1-ci, 3-cü və 5-ci gün olmaqla 1 dərs saatı məşqlər keçirilir. Şagirdlər çox həvəslə məşqlərə gəlir və aktiv iştirak edirlər. Bu cür layihə üçün AFFA-ya böyük minnətdarlığımızı bildiririk".
Tovuzda uşaq futboluna xidmət edən layihə - VİDEOREPORTAJÖtən həftə məktəbə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə də baş çəkib. O, "Report"a bildirib ki, layihəyə cəlb olunan məktəblərin sayı ildən-ilə artır: "Hər sinfin həftədə 2 saat olan idman dərsindən 1 saatı futbola həsr olunur. Bunu etməkdə məqsədimiz odur ki, orta məktəblərdə şagirdlərin futbola həvəsi qismən də olsa, artsın, sağlam həyat tərzi keçirsinlər, pis vərdişlərdən uzaq olsunlar. Sözsüz ki, bu uşaqların içərisində istedadlıları olarsa, onlar fəaliyyətlərini daha sonra peşəkar komandalarda davam etdirəcəklər".

C.Həsənzadənin sözlərinə görə, bu məqsədə çatmaları üçün məktəbləri forma, top və məşq üçün lazımı digər ləvazimatlarla təmin edirlər. Eyni zamanda məktəblərdə idman müəllimləri üçün seminarlar təşkil olunur, onlara əlavə tədris vəsaiti verilir ki, sağlam məşqlər keçirilsin. Layihənin sonunda, hər mövsüm olduğu kimi, birincilik keçirilir. Layihə Azərbaycan üzrə 45 məktəbi əhatə edir. Onlardan 20-si Bakıda, digərləri Gəncə, Masallı, Qax, Şəki, İsmayıllı və s. rayonlardadır. Yəni, son olaraq regiondakı məktəblər arasında yarış olur və qalibi Bakıdakı ümumi final yarışına dəvət edilir.

Tovuzda uşaq futboluna xidmət edən layihə - VİDEOREPORTAJDepartament rəhbəri belə layihələrin orta məktəb müdiriyyəti və şagirdlər tərəfindən də çox yaxşı qarşılandığını vurğulayıb: "Təəssüf ki, bəzi məktəblərdə idman dərsləri zamanı futbol oynamırlar. Hərçənd, bunun təşkili çox asan başa gəlir. Yəni, 1 top olsa, bəs edir. Layihə çərçivəsində bu boşluğu aradan qaldırmaq istəyirik. Artıq şagirdlər böyük həvəslə idman dərsinə gəlirlər. Davamlı olduğu halda, düşünürəm ki, biz bir neçə ildən sonra bu şagirdlər arasından keyfiyyətli futbolçuların yetişdiyini görəcəyik".

Qeyd edək ki, 2009-cu il oktyabrın 12-də Bakının Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində "Məktəblərdə futbol dərsi" layihəsinə start verilib. Layihəyə Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq başlanılıb. UEFA-nın pilot layihəsinə 2017-ci ildə AFFA baş sponsor SOCAR da daxil olmaqla, digər mənbələrdən gələn vəsaitin 77,396 manatını sərf edib. 2018-ci ildə isə bu məbləğ 2 dəfədən çox artaraq 169,307 manat təşkil edib. Ötən il layihədə 2925-i oğlan, 2365-i qız olmaqla, 5290 şagird iştirak edib.
Tovuzda uşaq futboluna xidmət edən layihə - VİDEOREPORTAJUEFA İcraiyyə Komitəsinin ötən ay Sloveniyanın paytaxtı Lyublyanadakı iclasında qəbul olunan qərara əsasən, "Məktəblərdə futbol dərsləri" 2020 - 2024-cü illərdə Avropa futbol qurumuna üz olan bütün ölkələrdə tətbiq olunacaq. Üstəlik, futbolun kütləviləşdirilməsinə xidmət edən layihə üçün UEFA-ya üzv olan 55 milli assosiasiyaya 4 il ərzində hər il 50 min avroya qədər vəsait ayrılacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1522   Tarix: 31 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

"Qarabağ"ın futbolçusu: "Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq" - VİDEO

"Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq".  xəbər verir ki, bunu "İdman Bizimlə" verilişinin qonağı olan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib. 23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:. "Əslində

11 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel