Telefon qaçaqmalçılığı ilə məşğul olan ər-arvad azadlığa buraxıldı

Telefon qaçaqmalçılığı ilə məşğul olan ər-arvad azadlığa buraxıldıBakı Ağır Cinayətlər Məhkəməsində telefon qaçaqmalçılığında təqsirləndirilən Nurlan Nəsibov və Layə Yaqubovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində iki il sınaq müəddəti təyin edilməklə, şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çemodanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal"a doğru hərəkət edib.

L.Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal"a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan N.Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

Gömrük əməkdaşlarının diqqətinin N.Nəsibova yönəldiyini görən L.Yaqubova "Qırmızı Kanal"a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib.

Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən L.Yaqubovanın hava limanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən 18 ədəd müxtəlif markalı mobil telefonlar aşkarlanıb.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 805   Tarix: 31 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs

Sumqayıtda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə

20 fevral
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Qaçırılan qızın öldüyü hadisə ilə bağlı hökm oxundu - "Maşını 150 ilə sürürdü"

Ötən ilin sentyabr ayında Quba rayonu ərazisində 23 yaşlı İnci Səfərlinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, qəzanı törədən sürücü, 22 yaşlı Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Qub

28 fevral
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKT

Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb. "Unikal"ın əldə etdiyi məlumata görə, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cava

28 fevral
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Polkovnik haqda qərar dəyişmədi

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi, polkovnik Mirzə Cəlilov barəsindəki həbs qərarından şikayət verilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan edilib. Hakim birinci instansiy

27 fevral
.

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub. APA-ya istinadən xəbər verri ki, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub. O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimo

1 mart
.

DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb. İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüsey

29 fevral