Manatın məzənnəsində dəyişiklik olacaq? – Ekspertdən açıqlama

Manatın məzənnəsində dəyişiklik olacaq? – Ekspertdən açıqlamaBu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayıb.

Sonxeber.az xəbər verir ki, qərara əsasən, uçot dərəcəsi 1,5-1,75%-ə qədər endirilib.

Xatırladaq ki, bir qədər əvvəl FED uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.

Maraqlıdır, qərarın dünya bazarına, eləcə də milli valyutamıza təsiri olacaqmı?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, FED-in bu addımı siyasi basqının nəticəsi və dünyada davam edən valyuta müharibələrinin bir təkib hissəsi də ola bilər. Çünki güclü və böyük dövlətlər çalışırlar ki, öz milli valyutalarını zəiflətsinlər, yəni ucuzlaşdırsınlar ki, ixracatda üstünlük qazansınlar.

"Son zamanlar Çin yuanı tarixində dollar qarşısında ən aşağı məzənnəyə endi. Bu da Çinin müəyyən üstünlük qazanmasına səbəb olurdu. Ona görə də, ABŞ prezidenti dəfələrlə FED-ə çağırış etdi ki, faizləri daha kəskin endirsin və bununla növbəti endirim müşahidə olundu. Ona görə də, dünyada dollar indeksinin zəifləməsi, dollar məzənnəsinin aparıcı valyutalar qarşısında ucuzlaşmasının dünəndən bəri şahidiyik. Düzdür, ucuzlaşma o qədər kəskin deyil, təqribən 0,60-0,70 faiz civarındadır. Lakin bu da dünya bazarlarında kifayət qədər ciddiyə alınacaq həddir. Düşünürəm ki, bu, Amerikanın valyuta müharibələrində önə çıxma cəhdidir".

Gedən proseslərin manata təsiri məsələsinə münasibət bildirən ekspert qeyd etdi ki, bunun Azərbaycana heç vaxt birbaşa təsiri olmayıb, bu gün də yoxdur.

"Ümumiyyətlə, Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Bazar iqtisadiyyatı qaydaları tətbiq olunmayıb. Hətta Mərkəzi Bank uzun zaman bunu etiraf etməkdən çəkinsə də, son açıqlamalarında artıq məzənnənin inzibati qaydada tənzimləndiyini etiraf etməyə məcbur oldu və Azərbaycanda tənzimlənən məzənnə rejiminin olduğu rəsmi dairlər tərəfindən təsdiqləndi. Ona görə də, dünya maliyyə bazarlarında gedən proseslərin bizim məzənnəyə heç bir təsiri olmayıb".

Azərbaycan manatına təsir edə biləcək yeganə amilin neft qiymətləri olduğunu bildirən mütəxəssis neftin qiymətində kəskin dəyişiklik olmayacağı təqdirdə milli valyutanın sabit qalacağını qeyd etdi.

"Nə qədər ki, neftin qiyməti 60 dollardan yuxarı və ya o civardadır, ciddi basqıların olacağını düşünmürəm. Amma neftin qiymətində növbəti ucuzlaşma olsa, o zaman məzənnəyə müəyyən basqıların olması və dəyişiklik istisna olunmur".

Məleykə Ağasoy


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3093   Tarix: 31 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021