Əli Kərimli bu dəfə hininə birdəfəlik qayıtdı - aksiya söhbəti bağlandı

Əli Kərimli bu dəfə hininə birdəfəlik qayıtdı - aksiya söhbəti bağlandıAksiya təxirə salındı, yoxsa ləğv edildi?
Milli Şura noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış və qanunsuz aksiyanı (mitinqi) təxirə saldı. Bununla həm də radikal müxalifətin azsaylı tərəfdarı ilə növbəti anlaşılmaz və dağınıq etiraz dalğası başa çatdı. Düzdür, radikallar bunu "mitinq təxirə salındı" kimi təqdim etdilər. Lakin görünən odur ki, aksiya təxirə salınmayıb. Sadəcə ləğv olunub. Axı "təxirə salmaq" deyərkən bir tədbirin başqa bir tarixə keçirilməsi nəzərdə tutulur. İndiki halda başqa tarixdən söhbət getmir, aksiya sadəcə ləğv olundu. Beləliklə, Əli Kərimli döndü! Lakin meydana yox, öz hininə!
Milli Şuranın iclas şousu
Bəs nə baş verdi ki, Əli Kərimli öz hininə qayıtdı? Bəli-bəli, məhz Əli Kərimli. Çünki aksiyanın təşkilatçısı Milli Şura və Şuranın funksionerləri (funksioner sözü bəlkə də çox səs-küylü səslənir, əslində onlar əbədi bataqlıqda olan daimi müxalifətçilər, eyni simalardır) olsa da, Milli Şuranın sədri Cəmil Həsənli olsa da, yekun qərarı Əli Kərimlinin verdiyini hər kəs bilir. Hətta qanunsuz aksiyanın ləğvi üçün bir komediya da quraşdırdılar. Əvvəlcə Cəmil Həsənli Vaşinqtondan bir facebook statusu yazaraq 2 noyabr aksiyasının təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu bildirdi. Guya hakimiyyət mitinqdə təxribat edəcəkmiş... Ardınca Milli Şuranın digər üzvü Gültəkin Hacıbəyli "Meydan" TV-yə açıqlama verərək Cəmil Həsənlinin təklifini "müzakirə etdiklərini" (müzakirə edəcəklərini yox ha, məhz müraciət etdiklərini!) bildirdi: "Bu qərarı isə günün sonunda AXCP sədri Əli Kərimli detalları ilə açıqlayacaq".
Göründüyü kimi, Hacıbəylinin eyni vaxtda verdiyi açıqlamasında bir cümlə digərini inkar edir. Gah "müzakirə etdiklərini", gah da qərarı günün sonunda Əli Kərimlinin açıqlayacağını deyirdi. Axı müzakirə etmisinizsə bir qərar olmalıdır, varsa o qərarı niyə açıqlamırsan? Əgər yoxdursa Əli Kərimli "günün sonunda" nəyin qərarını açıqlayacaq?
Əlbəttə, bütün bunlar Kərimlini qurduğu bir şou idi: iclas şousu. Hər kəs bilir ki, aksiyanın ləğv olunmasını Kərimli özü istədi! Sadəcə bunu açıqlamağa cəsarəti çatmadı. Bu açıqlama üçün mütləq kiminsə "təklif"i və "aksiyada təxribat olacaq" əsaslandırması lazım idi. Çünki Əli Kərimlinin despot xasiyyətini hər kəs bilir. Cəmil Həsənli kimdir ki, hansısa təklif versin, bunu hətta ictimailəşdirsin də...
Deməli, baş verənlər Kərimlinin guya Cəmil Həsənlinin təklifi ilə 2 noyabr aksiyasını ləğv etməsini birmənalı şəkildə istisna edir. Bu, Kərimlinin qərarı idi!
Bəs azsaylı radikalların lideri Kərimlini belə qərar qəbul etməyə nə vadar etdi?
Özünün izahatına görə səbəb "gözlənilən təxribat"dır. Ay Kərimli, axı sən özünü "lider", "ana müxalifət partiyasının sədri" (yeri gəlmişkən, dünən axşam saatlarında Vaşiqntonda üç-beş nəfərin iştirakı ilə keçirilən mətbuat konfransında Cəmil Həsənli Kərimlini məhz belə də adlandırdı: "ana müxalifət partiyasının lideri". Buna digər partiya və təşkilatların sədrlərinin, xüsusilə də İsa Qəmbər və Arif Hacılının münasibəti maraqlı olardı. Axı onlar da bu ada iddialıdır) adlandırırsan. Lider isə özünün uydurduğu təxribatdan, həbsdən və ümumiyyətlə heç nədən qorxmamalıdır. Deməli, səndə liderlik xüsusiyyəti yoxdur! Olsaydı, aksiya elan edib sonra "təxirə saldıq" deməzdin. Axı ətrafındakı beş-on nəfər necə əmin olmaq ola bilər ki, sən bir ay sonra da aksiya təyin edib onu təxirə salmayacaqsan?!
Radikalların liderinin aksiyanı ləğv etməsinin səbəbini yalnız ehtimal etmək olar: qorxaqlıq!
Çox lovğalandın Kərimli, bəs nə oldu?
Bəlkə də sifariş almışdı, nə bilmək olar?! Axı o, dünən Qənimət Zahidin "Azərbaycan saatı" verilişində çox pərt görünürdü. Müdiri tərəfindən danlanmış işçiyə, öz dostlarına "atamla dağı partlatmağa gedəcəyəm" deyib sonra yoldaşları tərəfindən "arzun baş tutmadı İsmayıl" ələ salınan "Ögey ana" filminin İsmayılına bənzəyirdi. O, sanki "ata, məni də apar!" deyib ağlayırdı. Ata (oxu: Qərb) isə onu vecinə almırdı...
Xalq Kərimlini belə tanıyır: satqın və qorxaq radikal!
Əlbəttə, hətta Kərimli 2 noyabra təyin etdiyi qanunsuz aksiyanı təxirə salmasaydı da qeyri-adi hadisə baş verməyəcəkdi. 19 oktyabrda baş tutmayan qanunsuz aksiya zamanı da xalq onun arxasınca gəlməmişdi. Həmin gün şəhərin mərkəzində onun bir neçə yüz tərəfdarı var idi. Xalq həmin gün Kərimilinin çağırışını dəstəkləmədi, küçələrə çıxmadı, Kərimlinin barrikada sevdasına "yox" dedi. Ona görə ki, Azərbaycan xalqı digər ölkələrdəki kimi qarışıqlıq istəmir. Ona görə ki, xalq Kərimlini yalançı və lideri Elçibəyi satan birisi kimi tanıyır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4351   Tarix: 01 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel