Telefonun zərərləri: insan ömrünü qısaldır? - VİDEO - FOTO

Telefonun zərərləri: insan ömrünü qısaldır? - VİDEO - FOTOTelefonlar günümüzün ayrılmaz bir hissəsinə çevriliblər. Lakin daha çox istifadə etdikcə fəsadlarını da orqanizmimizdə hiss edirik. Yaddaş pozğunluğu, diqqətsizlik kimi fəsadlarla demək olar ki, hər birimiz üz-üzə dayanmışıq. Yəqin ki, çoxlarınız davamlı olaraq telefondan istifadə edəndə bu cür hallarla qarşılaşırsınız.

Sonxeber.az ARB-TV-yə istinadən bildirir ki, ekspertlərin qənaətinə görə, telefondan çıxan mavi işıq və radiasiya şüaları beyin tutumunun azalmasına, hafizə pozğunluğuna, fikir dağınıqlığına səbəb olur buna görədə bəzən çox sadə primitiv şeyləri unuda bilirik.

Şagird: "2-3 il bundan əvvəl çox oynuyurdum ondan hiss eliyirəm ki, gözüm zəifləyib".

Sakin: "Hamısının mənfi təsirləri var, müsbət təsiri yoxdur. Nə qədər ki, bu elmi texniki tərəqqi baş verirsə bu da insanların ömrünün azalmağına xəstəliklərin artmasına səbəb olur".

Telefonu əlindən yerə qoymayan gənclər böyük təhlükə ilə üz-üzədirlər. Asılılıq yaradan bu hal insanların yaşlanmanı sürətləndirir.

Vəfa Əhmədova - Terapevt: "Elə iş rejimləri vardır ki, orada 8-10 saat kompyuterlə işləməli olur insanlar və bu da onlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə, xüsusilə beyin hüceyrələrinin ölməsinə vaxtından əvvəl yaşlanmasına səbəb olur".

Anar Abdullayev - Oftalmoloq: "Gündəlik işinin daha çox hissəsi monitor arxasında keçən insanlarda əsasən gözdə yanğı, bulanıq görmə, fokuslanmada çətinlik, gözdən əlavə hətta boyun arxasında baş ağrıları kimi şikayətlərlə rastlaşırıq".

Orqanizmin yaşlanmasını sürətləndirən amil kompyuter monitorundan və mobil telefonlardan çıxan mavi işıqdır. Amerikada aparılan təcrübədə canlılardan bir qrupu LED işıqlı, digərləri qaranlıq otaqda saxlanılıb. 12 saat sonra LED işıqda saxlanılan həşarətları daha az yaşadığı məlum olub. Alimlərin fikrincə mavi işıq insanlara da eyni zərəri verir.

Anar Abdullayev - Oftalmoloq: "Bu işığın tərkibində "blue light" yəni, mavi işıq deyilən işıq şüaları vardır, hansı ki, bu şüalar bizim tor qişamıza düşdüyü zaman beyin sanki gündüz olduğunu hesab edir. Biz bilirik ki, axşamlar bədənimizdə melotinin hormonu sintez olunur, lakin orqanizm gündüz olduğunu zənn etdiyi üçün melotinin sintezini basqılamış olur".

Mobil telefondan fasiləsiz istifadə təkcə gözlər üçün zərərli deyil. Ondan yayılan elektromaqnit dalğaları insan bədəni və beyninə mənfi təsir edir.

Kamil Nuriyev - Fizika İnstitunun elmi işçisi: "6-9 herslikli elektromaqnit dalğalarının təsiri insanın bilavasitə beyninə təsir edir çünki o tezliklər beynin özünün məxsusi tezliklərinə bərabərdir. Onlar uyğun gələndə rezonans baş verir".

Əlbəttə müasir texnologiyalardan imtina etmək mümkünsüzdür. Amma bacardıqca bu imkanlardan norma çərçivəsində istifadə etmək, ondan asılı düşməmək düzgün olar. Unutmayaq ki, telefon həyatımızın bir parçası deyil, sadəcə ünsiyyət vasitəsidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1643   Tarix: 02 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021