Dietoloq bitki çaylarının ZƏRƏRLƏRİNİ açıqladı - CİDDİ XƏBƏRDARLIQ

Dietoloq bitki çaylarının ZƏRƏRLƏRİNİ açıqladı - CİDDİ XƏBƏRDARLIQQışda xəstəliklərin qarşısını almaq və ya qısa müddətdə sağlamlığımızı bərpa etmək üçün şəfa axtardığımız bitki çayları bəzən fayda vermək əvəzinə zərər verə bilər. Odur ki, bitki çayları istifadə edərkən diqqətli olmaq lazımdır.

Publika.az xəbər verir ki, türkiyəli dietoloq Deniz Nadide bitki çaylarının fayda və zərərlərini açıqlayıb.

Cökə

Cökə çayı öskürəyin azalmasına kömək edə bilər. Flavonoid tərkibi sayəsində iltihabı aradan qaldırır və bədənin müqavimətini artıraraq müalicəyə kömək edir. Yuxusuzluq və stress üçün də yaxşıdır. Cökə çayını mixək, darçın çubuğu, dəfnə yarpaqları, təzə zəncəfil, heyva və heyva toxumları ilə birlikdə dəmləyə bilərsiniz.

Cökə çayı qan durulaşdırıcı təsirindən dolayı qanaxmaya səbəb ola bilər. Odur ki, hamiləlik dövründə istifadə edilməməlidir. Dərman bitkisi olması səbəbindən istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Zəncəfil

Zəncəfil soyuqdəymə və qızdırmaya qarşı təbii müalicə vasitəsidir. Qanda şəkərin səviyyəsini tarazlamağa, ödəmi aradan qaldırmağa, pis xolesterini azaltmağa və mədə ağrılarını yüngülləşdirməyə kömək edir. Təzə zəncəfili darçın, portağal qabığı və mixəklə birlikdə dəmləyib için.

Psoriaz və ya öd kisəsi xəstəliyi varsa, çox miqdarda zəncəfil istifadəsi qanaxmaya səbəb olacaq. Zəncəfilin doğmamış körpənin inkişafına mənfi təsir göstərdiyinə dair bir çox araşdırma da var. Zəncəfil qanda laxtalanma pozğunluğu olan insanların istifadə etdiyi dərmanların təsirinə müdaxilə edir. Odur ki, eyni anda birdən çox dərman qəbul edirsinizsə, həkiminizlə və ya dietoloqla məsləhətləşmək vacibdir.

Adaçayı

Tərkibində cineol yağı olduğu üçün təbii antibiotik rolunu oynayır. Boğaz infeksiyalarına qarşı olduqca effektlidir və yaxşı müalicə edir. Bir çay qaşığı təzə adaçayını bir stəkan suda 10 dəqiqə dəmləyin. Dəmləmə müddəti başa çatdıqdan sonra bitkini daha çox suda saxlamayın, süzüb ayırın. Gündə 2-3 dəfə qarqara edə bilərsiniz. Həmçinin 1 aydan çox olmayaraq hər gün 1 stəkan adaçayı da içə bilərsiniz.

Mədə və onikibarmaq bağırsaq xorası olan insanlar, hepatit və kəskin qastrit xəstələri hamilə və ana südü ilə verən anaları istifadə etməməlidirlər, çünki tərkibində hamiləliyin pozulması riskini artıran müəyyən maddələr var. Epilepsiya xəstələri də adaçayı içməməlidirlər, sübut olunub ki, artıq adaçayı istifadəsi beynin toksik maddələr ifraz etməsinə səbəb olur.

Çobanyastığı

Çobanyastığı çayının tərkibindəki apigenin aktiv maddəsi menstural dövrü rahatlaşdırır. Mədə xoralarına kömək edən bir çox maddələrdən ibarətdir. Qaraciyər metabolizmasının fəaliyyətini və bədənin detoksifikasiyasını dəstəkləyən vasitələrdən biridir. Menstruasiya dövrü hər gün tox qarına bir stəkan çobanyastığı çayı dəmləyin və için.

Çobanyastığı çayı bəzi allergik reaksiyalara səbəb ola bilər, odur ki, qan durulaşdırıcı dərmanlarla birlikdə istifadə etməyin. Hamiləlik və laktasiya dövründə istehlak etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Uşaqlar və körpələr istifadə etməməlidir.

Qurudulmuş albalı sapı

Albalı sapı unikal kimyəvi quruluşu və əla biokimyası sayəsində terapevtik məqsədlər üçün istifadə edildikdə daha güclü təsir edir. Albalı duz balansına təsir etmədən bədəndən artıq suyu xaric edir, eyni zamanda qanın durulaşmasına kömək edir. Səhər acqarına bir ovuc albalı yemək zərərli xolesterinin mənfi təsirlərinə qarşı yaxşı mübarizə aparır, triqliseridləri və xolesterini balansda saxlayır.

İstər toksinləri atmaq, istərsə də qan dövranı pozğunluğunun qarşısını almaq üçün 1 litr suya təxminən 1 ovuc albalı töküb ağzı bağlı qabda 7 dəqiqə qaynadın. Qaynama müddəti bitdikdən sonra süzün və bir şüşədə soyudun. Yeməkdən yarım saat əvvəl və ya yeməkdən 2 saat sonra gündə yalnız bir stəkan içə bilərsiniz. 1 həftədən sonra 3 gün fasilə verin, digər həftə yenidən tətbiq edin və müalicəni bitirin. Albalı saplarını isti suda yuymayın, soyuq su ilə yaxalayın.

Qan durulaşdırıcı və ödəm atıcı təsirindən dolayı davamlı olaraq istifadə edilməməlidir. Uşaqlar, hamilə və uşaq əmizdirən analarına albalı sapı çayı içmək olmaz. Əmizdirən analarda südün ləzzətini dəyişdirə və ya körpə biraz təsirlənə bilər.

Yaşıl çay

Yaşıl çay soyuqdəymə və qrip infeksiyasına qarşı müalicəvi təsir göstərir, eyni zamanda həzmi yaxşılaşdırıb orqanizmdən toksinlərin çıxarılmasına kömək edir, mədəni qoruyan polifenolik birləşmələri ehtiva edir, xərçəng xəstəliyinin yaranma riskini aşağı saldığına dair elmi araşdırmalar var. Yaşıl çaydan maksimum yararlanmaq üçün yaşıl çay yarpaqlarını 90 dərəcə suda 2 dəqiqə saxlaya bilərsiniz. Yaşıl çayı alma, limon, mixək, təzə nanə, darçın çubuğu və bal ilə qarışdıraraq dəmləmək daha effektivdir.

Yaşıl çayın həddindən artıq istifadəsi xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, həkimə müraciət etmədən istifadə edilməməlidir. Bundan əlavə, yaşıl çay çox içilərsə, bədəndən lazım olduğundan mayeni atır, kalsium ifrazına təsir göstərə və osteoporoz kimi sümük xəstəliklərinə səbəb ola bilər. Qan təzyiqi dərmanların təsirini artıra bilər, odur ki, yaşıl çay qan təzyiqi xəstəliyindən əziyyət çəkənlər üçün zərərlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1753   Tarix: 03 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinica

17 mart
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. xəbər verir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərinə görə, sü

16 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Süni intellekt Altshaymeri proqnozlaşdırmağı öyrənib

ABŞ-nin San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin alimləri Altshaymer xəstəliyinin klinik əlamətləri görünməzdən yeddi il öncə başlanğıcını proqnozlaşdıra bilən süni intellekt (Sİ) modeli hazırlayıblar. "Report" xəbər verir ki, bu barədə araşdırma "Nature Aging" (NatAge

25 fevral
.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel
.

Plastik butulkalardan istifadənin TƏHLÜKƏLƏRİ: Uşaqlarda hormonal...

Plastik butulkalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib, lakin onların törədə biləcəyi potensial risklər barədə düşünənlər azdır. -a istinadən bildirir ki, Bisfenol A (BPA) plastik butulkaların istifadəsi ilə bağlı əsas narahatlıqlardan biridir. Bu kimyəvi komponent, xüsusən də, düzgün saxlanmadıqd

3 mart