Əli Əsədovdan Baş Nazir kimi - İLK QƏRAR

Əli Əsədovdan Baş Nazir kimi - İLK QƏRARDövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiqlənib.

Sonxeber.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında" 2009-cu il 19 may tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, Kollegiyanın sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Kollegiyanın üzvləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini və müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Qərar "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tərkibində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri daxil edilib. O cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri də Kollegiya üzvü olub. Bununla da Kollegiya üzvlərinin sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, bu, Əli Əsədovun Baş Nazir kimi imzaladığı ilk qərardır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2733   Tarix: 05 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayını

15 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart