70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"

70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"Bu gün dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Dünyanın səkkizinci möcüzəsi", "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.

Xəzər dənizində, Bakıdan 110 km şimal-şərqdə yerləşən "Neft Daşları" dünya nefti tarixində xüsusi yerə malikdir. Buranın müntəzəm tədqiqata cəlb olunması Azərbaycan geoloqu Ağaqurban Əliyevin adı ilə bağlıdır. 1945-ci ildən başlayaraq 3 il onun rəhbərliyi ilə ekspedisiya gərgin iş aparıb, rayonun geoloji xəritəsini hazırlayıb, rayonun sənaye üsulu ilə kəşfiyyat işləri planlaşdırılıb. 1948-ci ilin noyabr ayında Sabit Orucov, Yusif Səfərov və V.M. Roşşin bura gələrək qazılacaq ilk quyunun yerini müəyyənləşdiriblər. 1949-cu ilin aprel ayında V.M. Roşşinin rəhbərliyi ilə həmin yerdə ilk buruq quraşdırılıb, iyun ayında ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. İstismar müddəti keçmiş "Çvanov" gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 1000 metrə yaxın dərinliyə qazılmış ilk quyu həmin il noyabrın 7-də gündəlik 100 ton debitlə neft fontanı vurub. Bununla da dünya nefti tarixində yeni eranın - açıq dənizdə neft hasilatının əsası qoyulub. Bura əvvəllər "Qara Daşlar" adlandırılıb. Bu isə təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşların qara rəngə boyanması ilə bağlı olub. Neft hasilatına başlanması ilə "Dara daşlar" "Neft Daşları"na çevrildi.
70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"İlk dəniz neftçilərinin sığınacaq yeri - "7 gəmi adası"

Quyunun fontan vurmasından sonra burada insanların işləməsi, yaşayışı üçün şəraitə ehtiyac var idi. Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərov kimi tarixi şəxsiyyətlərin təklifi ilə Bakı Gəmi Təmiri Zavodunda istifadədən silinmiş iri tonnajlı gəmilər əraziyə gətirilərək batırılıb. İlk gətirilən gəmi "Çvanov" gəmisi olub. Sonra 6 gəmi gətirilərək "Qara daşları"n dayaz yerlərində batırılıb və onların üstündə lazımi şərait yaradılıb.

Buna görə də "Neft Daşları" xalq arasında "7 gəmi adası" kimi də məşhurlaşmışdı. Buraya gətirilən gəmilərin arasında dünyada ilk tanker olan "Nobel qardaşları" şirkətinin istehsal etdiyi "Zoroaster" (Zərdüşt) gəmisi də olub. Hazırda həmin gəmilərindən yalnız "Naxçıvan" gəmisinin qalıqları qalmaqdadır, qalanları isə çürüyüb. 60-cı illərdən sonra gəmilərdən o qədər də istifadə olunmayıb.

70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi""Ginnesin Rekordlar Kitabı"na düşən ilk dəniz platforması

"Neft Daşları" açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olub. "Neft Daşları"nın kəşf edilməsi və istismarı dünya və Azərbaycan neftçıxarma tarixində dönüş nöqtəsi olub, açıq dənizdə neft hasilatına yol açıb.

70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilmiş "Neft Daşları"nda indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib. Ötən müddətdə "Neft Daşları" yatağından 176 mln. ton neft və 13,6 mlrd. kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 mln. ton neft hasil edilmişdi ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi.

70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"Hazırda 331 saylı meydançadan qazma işləri aparılır. Burada hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanıb və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir.

"Neft Daşları" uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35%-dir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.

"Neft Daşları" "ikinci bahar"ını yaşayır

Bu gün "Neft Daşları" "ikinci bahar"ını yaşayır. Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə "Neft Daşları" NQÇİ üzrə neft hasilatı 20% artaraq, 2018-cü ildə 1 mln. tondan artıq olub. Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 mln. ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 mln. ton civarındadır. Gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbətinin artacağı istisna olunmur.

"Neft Daşları" həm də Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə məhz "Neft Daşları"ndan ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə- Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir.
70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"Açıq dənizdə yaradılan süni şəhərcik

"Neft Daşları" dənizdə yaradılan süni şəhərcikdir. Burada yaşayış binaları, futbol meydançası, çay evi, park var.

"Neft Daşları"nı digər dəniz platformalarından fərqləndirən daha bir xüsusiyyəti burada müxtəlif bitkilərin, o cümlədən, meyvə ağaclarının yetişdirilməsidir. Ümumilikdə "Neft Daşları"nda 1000 ağac, 8000 kol əkilib, 5000 kvadrat sahədə qazon salınıb.

70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"70 yaşlı "Dünyanın səkkizinci möcüzəsi"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1634   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021