"Əli Kərimli və İsa Qəmbər alverçi təfəkkürlü insanlardır, Əli İnsanovdan pul qopartmaq istəyirlər"- Hafiz Hacıyev

"Əli Kərimli və İsa Qəmbər alverçi təfəkkürlü insanlardır, Əli İnsanovdan pul qopartmaq istəyirlər"- Hafiz HacıyevÖtən gün müxalifət partiyalarının sədrləri və keçmiş Səhiyyə naziri Əli İnsanov birgə dəyirmi masa keçirilib. Qeyd edək ki, Əli İnsanov vaxtı ilə Səhiyyə Naziri olarkən daim Əli Kərimlini, İsa Qəmbəri və radikal müxalifətdə olan digər şəxsləri tənqid və təhqir edib.

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Əli İnsanovun ağlı görünür yerində deyil: Ağılı çaşmış insandan başqa şey gözləmək də düzgün deyil. Əli İnsanov gərək vaxtı ilə söyüb, tənqid etdiyi gədələrə qoşulmayardı. Özünün adını və ləyaqətini qoruyardı. Çünki kişinin bir üzü olar. Əli İnsanov bu məsələdə ayıq sayıq olmalı idi. Bilməliydi ki, qoşulduğu bandit dəstəsi juliklərdən ibarətdir. O, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılının xəyanətkar olduğunu hamıdan yaxşı bilir. Əli İnsanov onlarla bir yerdə oturmaqla özünü təhqir etdi. Bir daha sübut olundu ki, heç bir dəyərlərə, əqidəyə sökənməyən insanlardır. Kimin pulu var, onu yanlarına çəkirlər. Əli Kərimli küçə uşağıdır. Ondan nə siyasətçi olacaq?! Hansı ki, Tbilisi prospektində dayananlarla əxlaqsız həyat tərzi keçirir".

Hafiz Hacıyev vurğulayıb ki, bu adamları Əli İnsanov vaxtı ilə təhqir və tənqid edib: "Bu gün gedib onlarla oturması ən azı özünə qarşı hörmətsizlikdir. Buna görə həmişə qınanılacaq. Görürsünüz ki, hazırda hər iki tərəf onu qınayır. Bu insanları xalqımız yaxşı tanıyır. Düşünürəm ki, bu çox çəkməyəcək. Onlar bir az Əli İnsanovda pul görüblər. Əli Kərimli və İsa Qəmbər alverçi təfəkküründə olan insanlardır. Onların mənəviyyatsız insanlardır. 26 ildir ki, Azərbaycanın başına oyun açırlar. Müxalifətçiyəm deyib ölkədə siyasi alverlə məşğuldurlar. Sadəcə onlar Əli İnsanovdakı pulu qopartmağa çalışırlar. Onlar bir ara Rəsul Quliyevi də bu cür yanlarına çəkib, pulunu yemişdilər. Daha sonra isə atdılar. Bunların hər biri gözümüzün önündə baş verib. Onlar korrupsiyaya, özbaşınalığa görə vəzifəsindən çıxarılan insanlara qucaq açırlar. Səbəb isə onların sahib olduqları puldur. Ona görə də Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2338   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel