Vilayət Eyvazov İranın Azərbaycandakı səfirini qəbul etdi

Vilayət Eyvazov İranın Azərbaycandakı səfirini qəbul etdiDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib. Sonxeber.az-a bu barədə DİN-dən məlumat daxil olub.
Qonağı salamlayan nazir iki qonşu və dost dövlət arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu, əsrlər boyu bərabər yaşayan xalqlarımızı elmi, mənəvi, mədəni tellər birləşdirdiyini, bu gün ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan və İran Prezidentləri arasındakı səmimi dostluğun və qarşılıqlı səfərlərin hərtərəfli əməkdaşlığa böyük töhfə verdiyini məmnunluqla xatırladıb.
General-polkovnik Vilayət Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında mövcud olan əlaqələrə toxunaraq nazirlər, o cümlədən digər rəhbər vəzifəli şəxslərin başçılıq etdikləri heyətlər səviyyəsində səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin nəinki DİN-lər, həmçinin digər hüquq mühafizə orqanları arasında sıx əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.
Qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin vəziyyətinə toxunan cənab Vilayət Eyvazov əməkdaşlığın böyük imkanlara malik olduğunu, bu sahədə məlumat və təcrübə mübadiləsinin, yeni istiqamətlərin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.
Görüşdə cinayətkarlıqla mübarizə sahəsində nazirliklərimizin potensialının geniş olduğu, ikitərəfli əlaqələrin daha da inkişafının xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcəyi fikri ifadə olunub.
Səfir Cavad Cahangirzadə səmimi qəbula görə nazirə təşəkkür edib, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşdirilməsindən məmnunluğunu, bu yöndə səylərini əsirgəməyəcəyini vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1217   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel