"Azərbaycan nefti Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır" - Fəzail Ağamalı

"Azərbaycan nefti Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır" - Fəzail AğamalıMəlum olduğu kimi, 1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisədir. Bu məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində, dənizdə neftçıxarmanın mümkünlüyü ideyası ilə gerçəkləşdi.

Bununla bağlı Sonxeber.a- danışan deputat Fəzail Ağamalı gərgin əməkləri nəticəsində Azərbaycanın abadlaşmasında xidməti olan neftçilərin rolunu yüksək qiymətləndirib və bu sahədə çalışanları təbrik edib:
"Mən bu əziz bayram münasibəti ilə çox böyük məmnuniyyətlə fədakar neftçilərimizi səmimi qəlbdən təbrik edirəm, onlara möhkəm can sağlığı, olduqca çətin işlərində böyük uğurlar arzu edirəm. Azərbaycan neftçilərinin zəngin tarixi var. XIX əsrin sonlarından başlayaraq sənaye üsulu ilə Bakıda ilk dəfə olaraq neft istehsalı başlanıldı. Keçən zaman kəsiyində bütövlükdə Azərbaycan əsasən neft ölkəsi kimi tanındı. Biz nəinki vaxtı ilə çar Rusiyasının, həm də daha sonra Sovet İttifaqının neft və neft məhsullarına olan ehtiyacını ödəyirdik. Həmçinin dünyanın ayrı-ayrı yerlərində Azərbaycan neftçiləri qazanmış olduqları bilik və təcrübə əsasında neft yataqlarının kəşfiyyatında və istismarında çox ciddi rol oynayırdı".

Deputat Azərbaycana müxtəlif dövlətlərin öz mütəxəssislərini yetişdirmək üçün gəncləri Bakıya və SSRİ məkanında yeganə iddiali ali məktəb olan Neft Akademiyasına göndərdiklərini qeyd edir. Bu da neft sənayemizin vermiş olduğu uğurdur. O, həmçinin neftin dünya bazarına çıxarılmasından və bunun üçün atılan mühüm addımlardan da söz açıb:
"Müstəqillik dövründə Ulu Öndərimizin iradəsinin nəticəsi olaraq biz neft sənayemizin yeni inkişaf mərhələsinə qədəm qoyaraq 1994-cü il senytyabrın 20- də "Əsrin müqaviləsi" imzalandı və Azərbaycan neftinin dünya bazarına çıxarılmasının hüquqi əsası qoyuldu. Bu müqaviləyə söykənərək Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində Bakı- Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi, ölkəmizin istehsal olunan nefti təhlükəsiz şəkildə dünya bazarına çıxarıldı. Bu kəmərə Qazaxıstan Respublikası da qoşulub. Bu dövlətin də nefti həmin kəmərlə dünya bazarına çıxarılır. Neftçilərimizin səyi və fədakar əməyi nəticəsində Azərbaycan həm də artıq istehsal və ixrac edən ölkəyə çevrilib. Düşünürəm ki, Azərbaycan nefti Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır."
Deputat Fəzail Ağamalı insanlarımızın həyat səviyyəsinin yaxşılaşmasında, həm milli, həm transmilli layihələrin reallaşdırlmasında neftdən əldə edilmiş gəlirlərin son dərəcə ciddi yeri və önəmi olduğunu vurğulayıb:
"Bu gün bizim 50 milyarda yaxın valyuta ehtiyatımız var. Bu da məhz bizim neftdən gələn gəlirimizin hesabına toplanıb və Azərbaycanın çox böyük üstünlüyüdür. Bir sözlə, Azərbaycan neftçiləri Azərbaycanın təbii sərvətlərini xalqımıza və dünyaya təqdim etməkdə davam edirlər".
Deputat eyni zamanda Azərbyacanın Sovet hökumətindəki dövrdən bəri neft ölkəsi kimi tanındığını və Qroznı şəhərində də neft sənayesi yarandığını qeyd edərək, sonralar orda istehsal olunan neftə görə Qroznıya ikinci Bakı deyildiyini də bildirib:
"Azərbaycan neft məktəbinin çox böyük nümayəndəsi olan Fərman Salmanovun bu gün Rusiyaya müstəsna gəlirlər gətirən "sibir nefti"-nin kəşfində oynamış olduğu rolu unutmaq olmaz. Bu, Azərbaycan neftinin birbaşa mahiyyətinə və məntiqinə söykənmiş olan ciddi bir faktdır. Bakı nefti faşist Almaniyası üzərində qələbəmizdə müstəsna xidmətlər göstərdi. Bu da tarixi faktdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 609   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel