Amerikalı ekspert: "Neft Daşları"nın kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur"

Amerikalı ekspert: "Neft Daşları"nın kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur"1949-cu ildə Xəzər dənizində "Neft Daşları"nın, yəni buradakı neft ehtiyatlarının kəşf edilməsi dünya neft sənayesi tarixində böyük uğur və hadisədir".

Bunu "Report"a açıqlamasında qlobal siyasət və Trans-Atlantik münasibətlər üzrə ekspert, Qlobal Mühəndislik Şurasının və digər nüfuzlu beynəlxalq strukturların məsləhətçisi Piter Teys deyib.

Amerikalı ekspertin sözlərinə görə, Azərbaycanda neft sənayesinin inkişafı yerli alimlər üçün böyük irəliləyiş olub, buna görə də indi dünyada onlara çox böyük tələbat var.

"Ötən əsrin texnoloji şərtlərini nəzərə alaraq, Azərbaycan sahillərindən 100 kilometr şərqdə "Neft Daşları"nın yaradılması özü böyük hadisədir. Məqsədlərə çatmaq üçün indi də bütün dünyada istifadə olunan innovativ konstruksiyalar hazırlanmışdı", - deyə o, bildirib.

P.Teys qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrin də suda qurğulara sahib olmalarına və iqtisadiyyatlarının inkişafını təmin etmək üçün böyük həcmdə neftdən istifadə etmələrinə baxmayaraq, "Neft Daşları" günümüzdə də dünyanın ən nüfuzlu elm adamlarının diqqətini cəlb edir.

"Burada azərbaycanlı alimlərin və xoşbəxtlikdən sayı gündən-günə artan yüksək səviyyəli mühəndislərin yaratmağa davam etdirdikləri yeniliklərdən istifadə olunur", - deyə P.Teys əlavə edib.

Ekspertin sözlərinə görə, çox az adam "Neft Daşları"nın logistik potensialı, buradakı yataqların istehsal gücü, neft hasilatı üçün istifadə olunan texnologiyalar baxımından dünyanın ən böyük dəniz neft yataqlarından biri olduğunu bilir.

Ekspert Piter Teys

"Neft sənayesində elmi tədqiqatlar və innovasiyalar barədə danışarkən Azərbaycan, demək olar, dünyanın ən vacib ölkəsidir".

"Neft sənayesində elmi tədqiqatlar və innovasiyalar, karbohidrogen hasilatı və iri neft emalı zavodlarının inşası barədə danışarkən Azərbaycan, demək olar, dünyanın ən vacib ölkəsidir. Müxtəlif millətlərdən olan mühəndislər Azərbaycanın təcrübəsini öyrənmək və daha sonra ölkələrində onu tətbiq etmək məqsədilə buraya gəliblər", - deyə amerikalı ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan neft hasilatı sahəsində Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında dünya arenasında böyük nüfuz qazanıb, qonşu ölkələrlə elmi əməkdaşlıq regionda neft mühəndisliyinin inkişafına öz bəhrəsini verir.

"İndi Azərbaycan Prezident İlham Əliyevin səyləri hesabına neft və təbii qaz ixrac edir. Neft mühəndisliyi sahəsində azərbaycanlı alimlər və onların Qazaxıstan, Türkmənistan və Rusiyadan olan həmkarları arasında uzun müddətdir ki, davam edən əməkdaşlıq dialoqa və bir çox ölkələrin beynəlxalq elmi ictimaiyyətinə fayda gətirə biləcək yeni nailiyyətlərə töhfə verən müsbət nümunədir", - deyə mütəxəssis əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 771   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel