"Toydan ötrü on dəfə şadlıq evinə baxırlar, amma yasa molla seçəndə düşünmürlər"-Hacı Əhliman

"Toydan ötrü on dəfə şadlıq evinə baxırlar, amma yasa molla seçəndə düşünmürlər"-Hacı ƏhlimanSon günlər hər kəsin gülüş obyektinə çevrilən məsələlərdən biri məhz gündəlik olaraq bəlkə də rastlaşdığımız "molla" videolarıdır. Bəli, o mollalar ki, xalq arasında savadsızlığına görə qınanır, lağa qoyulur. Xüsusən də qadın mollaların yas məclislərində dodaqaltı sətirlərdə nə dedikləri naməlum məsələ olaraq qalır.
Bununla bağlı Sonxeber.z-a danışan Hacı Əhliman Rüstəmov yas məclislərində molla kimi tanıdığımız bəzi din xanidmlərinin vaxtı ilə dini savadı olan ruhanilərdən savad aldıqlarını deyib. O, dini təbliğ etmək üçün insanın dini savadı, islam əxlaqından məlumatı və o dini savada əsaslanıb Qurandan xəbəri olmasını vacib hesab edib:
"Keçmişdə dini ayinləri icra etmək üçün adətən kim istəsə gəlirdi din xadiminin yanına, ondan öyrənirdi. Məsələn, bura dünyasınıı dəyişmiş adamın namazın qılmaq, onun məclisində söhbət etmək, dində kəbin kəsmək və digərləri aiddir. Gənclər gəlib bu kimi şeyləri ruhanilərdən öyrənirdilər. Onun istedadını görəndən sonra onlara molla kimi fəaliyyyət göstərməyə icazə verilərdi. İndi universitet var, oxuyub diplom alırlar".
Hacı Əhliman qeyd edib ki, ümumi baxanda savadlı din xadimləri Azərbaycanda çoxdur. Amma bunlara baxmayaraq deyilə bilməz ki, məclisə gedənlərin istər kişi, istər qadın olsun hamısı savadlıdır:
"Bu gün bizim Azərbaycanda o şərait yaranıb ki, hər kəs sənəd ala bilər, universitet oxuya bilər. Amma 70 il sovet höküməti dövründə din xadimliyi etmək üçün nə universitet var idi, nə də sənəd verəni. Mən özüm də məsələn, İslam Universitetin bitirmişəm və mollarların birindən dərs almışam. Bu gün isə adıçəkilən sahədə attestasiya var. Savadı olmayan şəxslər belə Qafqaz Müsəlmanları İdarəsində atttestasiyadan keçib, sənəd alaraq fəaliyyət göstərə bilirlər. Əlbəttə hər bir iş sənədlə, rəsmiyyətlə olsa daha yaxşı olar".
Hacı Əhliman qeyd edib ki, bu gün nə qədər həqiqətdən qaçsaq da, savadsız mollalar çoxdur. O, həmçinin maaş verilən mollaların onların dolanaşacağını əhatə etmədiyindən də söhbət açıb:
"Bəşəriyyətdə vacib məsələ var, ölən şəxsin namazın qılmaq, kəfənə bükmək, qüsulunu vermək və dəfn etmək. Bu bütün müsəlmanlara vacibdir. Şəriətlə onun müqabilində pul almaq haramdır, olmaz. Amma, məsələn biri həyətində məclis verir, hansısa molla da bütün günü fatihə verir, yasin oxuyur, moizə verir. Bu onun vacib şəri vəzifəsi deyil və yas sahibi mollanın dolanışacağını verməlidir".
Hacı Əhliman həmçinin din xadimlərinin yalnış tanıdıldığından və beləcə onların nüfuzuna xələl gətirilməyindən də danışıb:
"Hansı televiziya idi, dəqiq yadımda deyil, təxminən 5, 6 il bundan qabaq gün ərzində orda anons verirdilər. Anonsda deyilirdi ki, Nardaranın axundunu narkotiklə tutublar. Deməli, tezdəndən axşamədək bu anons gedir. Xəbərin əsas hissəsinə çatanda isə Nardaran deyil, Naftalan olduğu üzə çıxır. Bundan sonra Naftalanın da axundu gəlir çıxır adi bir qəbirqazan. Bilirsiz, məsələyə ciddi yanaşmırıq. Gedib toydan ötrü on dəfə şadlıq evinə baxırlar, amma yasa molla seçəndə düşünmürlər".

Şəlalə Babayeva
"Toydan ötrü on dəfə şadlıq evinə baxırlar, amma yasa molla seçəndə düşünmürlər"-Hacı Əhliman


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3222   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021