Azərbaycanda qəzada ər və arvad xəsarət aldı

Azərbaycanda qəzada ər və arvad xəsarət aldıHacıqabul rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Hadisə   Baxılıb: 298   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR