Səhiyyə Nazirliyindən energetik içkilər və qəlyanla bağlı XƏBƏRDARLIQ: 18 yaşlı... - son xeberler

Səhiyyə Nazirliyindən energetik içkilər və qəlyanla bağlı XƏBƏRDARLIQ: 18 yaşlı...

Səhiyyə Nazirliyindən energetik içkilər və qəlyanla bağlı XƏBƏRDARLIQ: 18 yaşlı...Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: "Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır".

İnstitut direktoru əlavə edib ki, əvvəllər yalnız alkoqollu içkilərdən istifadə və siqaret çəkmə kimi zərərli vərdişlərin ürək-damar xəstəliklərinin yaranmasına mənfi təsir göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin yaranmasına və inkişafına şərait yaradan amillərin sayı dəfələrlə artıb:

"Neqativ informasiya verən televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər".

G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var:

"Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 924   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Baş nazirdən yeni - QƏRAR

Nazirlər Kabineti "Patentin alınması barədə iddia sənədinə aid Tələblər"i təsdiqləyib.. . Sonxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.. . Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması, təqdim edilməs

8 noyabr 2019

FHN-dən 6 ballıq zəlzələ ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.. . Fövqəladə Hallar Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, 6 bal gücündə olan zəlzələdə ciddi dağıntı müşahid

8 noyabr 2019

Bu məhsullar ƏDV-dən azad olunacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb. . . Oxu.Az-ın məlumatına görə, M.Cabbarov noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dəyişikliklər yeddi əsas istiqamət

8 noyabr 2019

Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq - RƏSMİ

"Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq".. . Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.. . Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaları

8 noyabr 2019

Prezidentdən "Bayraq Günü" ilə bağlı PAYLAŞIM-VİDEO

Prezident İlham Əliyev özünün rəsmi facebook səhifəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.. . Sonxeber.az-ın xəbərinə görə, videoçarx "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!" cümləsi ilə təqdim olunub.

8 noyabr 2019

"Azneft"in baş direktor müavini: "Neft Daşları" bir məktəbdir" - VİDEO

Bu gün dünya neft tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.. . "Report"un həmsöhbəti "Neft Daşları"nda əməyi keçənlərdən biri, 20 il burada çalışan Əlimusa Quliyevdir. O, "Nef

7 noyabr 2019

"Toydan ötrü on dəfə şadlıq evinə baxırlar, amma yasa molla seçəndə düşünmürlər"-Hacı Əhliman

Son günlər hər kəsin gülüş obyektinə çevrilən məsələlərdən biri məhz gündəlik olaraq bəlkə də rastlaşdığımız "molla" videolarıdır. Bəli, o mollalar ki, xalq arasında savadsızlığına görə qınanır, lağa qoyulur. Xüsusən də qadın mollaların yas məclislərində dodaqaltı sətirlərdə nə dedikləri naməlu

7 noyabr 2019

"Zaminbank"ın sabiq filial müdiri və işçiləri 1 milyon 337 min manat zərəri ödəyib - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.. . Sonxeber.az "apa"ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuro

7 noyabr 2019

Sahibkarlığa mane olan məmurlar həbs oluna bilər - Prezidentdən xəbərdarlıq

Problem kifayət qədər ciddidir və artıq buna qarşı sərt mübarizə aparmağın vaxtı çatıb. . Yaxın günlərdə xüsusilə bölgələrdə bu istiqamətdə prosesə start veriləcək. Cəzalandırma yalnız işdən çıxarılmaqla məhdudlaşmayacaq. Bəzi məmurlar hətta həbs oluna bilər.. Ölkə başçısı İlham Əliyev İqtisadiyyat nazir

7 noyabr 2019