Depressiyanın müalicəsində mühüm kəşf – Elmi araşdırma

Depressiyanın müalicəsində mühüm kəşf – Elmi araşdırmaHisslər – mücərrəd anlayışların paradiqmasıdır. Bir gülümsəməni görə, bir nifrətə toxuna və utandığımızı hiss edə bilərik. Amma xoşbəxtliyi görmək mümkün deyil. Buna baxmayaraq, insanların mücərrəd hislərinin fiziki dünya ilə qarşılıqlı əlaqəsi müxtəlif yollarla qurula bilər.

Elm adamlarına görə, insan hislərinin fundamental ölçüsü olan duyğusal motivasiyanın (affective motivation) beyində harada olduğunu və kortikal elementlərini insanların əllərindən istifadə qaydasından müəyyən etmək mümkündür.

Sonxeber.az Teleqraf.com-a istinadən elm adamlarının insan hisləri haqda araşdırmasını təqdim edir.

Duyğusal motivasiya fiziki və ya sosial stimullara yaxınlaşmaq və ya bunlardan qaçmaq meyli kimi müəyyən edilə bilər. Beyində sol yarımkürə tez-tez xoşbəxtlik və nifrət kimi yaxınlaşma tələb edən duyğuları dəstəkləyir, sağ yarımkürə isə iyrənmə və qorxu kimi uzaqlaşmaq emosiyalarını dəstəkləyir.

Bu nümunə bir çox elmi məlumatlar tərəfindən təsdiq edilsə də, hislər üçün müşahidə olunan və funksional ixtisaslaşmaya səbəb gətirən funksional prinsiplər hələ də bəlli deyil. Bu nöqtədə hərəkət və hiss arasındakı əlaqə beyində mümkün bir ixtisaslaşma prinsipini ortaya qoya bilər .

"Qılınc və qalxan hipotezi"

Serebral korteksin fərqli hissələri fərqli duyğular üçün ixtisaslaşıb, amma bunun fundamental prinsipləri məlum deyil.

"Qılınc və qalxan hipotezi"nə (Sword and Shield Hypothesis) görə, emosional motivasiya beyindəki bu hemisferik ixtisaslaşmaya – insanlarda yaxınlaşma və qaçma qərarını reallaşdırmaq üçün əllərdən istifadə qaydalarına görə dəyişir. Neyroşünaslıq araşdırmalarının tarixinə baxdıqda, çox vaxt insanların tez-tez dominant əllərindən yaxınlaşan, dominant olmayan əllərindən isə hərəkətlərdən qaçmaq üçün istifadə etdikləri arqumentləri qarşımıza çıxır.

Məsələn, bir insan kiçik bir topu tutmaq üçün dominant əlindən istifadə etdiyi halda, ona atılan topdan qorunmaq üçün dominant olmayan əlindən istifadə edir.

Yeni model

Bu nəzəriyyələri sınaqdan keçirmək üçün ABŞ-ın Kornell Universitetində aparılan bir araşdırmada güclü sol əli və güclü sağ əli olan sağlam insanlarda sol və ya sağ dorsolateral prefrontal korteksin effektivliyini artırmaq üçün "Transcranial Direct Current Stimulation" (TDCS) adlı tətbiqetmədən əvvəl və sonra davranış motivləri ölçüldü.

Beləliklə, tədqiqatda iştirak edən şəxslərin əllə meylinin frontal korteksə elektriklə xəbərdarlığından sonra reaksiya tələb edən emosiyaların artması və ya azalmasına səbəb olub-olmadığı sual altına alındı. Serebral korteksdəki davranış motivlərinin formasının fərdlər arasında fərqli olacağı proqnozlaşdırıldı. Nəticələr göstərdi ki, mücərrəd konsepsiyaların geniş miqyaslı kortikal təşkili insanların dünya ilə qarşılıqlı əlaqədə əllərindən istifadə qaydalarına uyğundur. Yəni, emosional motivasiya yaxınlaşma və qaçma kimi hərəkətləri yerinə yetirmək üçün inkişaf etmiş neyron dövranlarından istifadə edə bilər.

Yeni bir modelə görə, ümumi şüur problemlərinin müalicəsi əhalinin 50 faizindən çoxuna zərərli və disfunksiyalı ola bilər. 1970-ci illərdən bəri yüzlərlə araşdırma beynin hər iki yarımkürəsinin fərqli hislərə sahib olduğunu göstərir. Xoşbəxtlik, qürur və nifrət kimi yaxınlaşma tələb edən hisslər beynin sol tərəfində, nifrət və qorxu kimi qaçma tələb edən hisslər beynin sağ tərəfində yerləşir.

Ancaq burada əsas problem araşdırmanın yalnız sağəlli insanlar üçün aparılmasıdır. Bu gözdən yayınan detala münasibət bildirən Kornell Universitetinin tədqiqatçılarının fikrincə, bu, emosiyaların beyində necə işlədiyinə dair yarımçıq nəticələr verir. Elm adamlarına görə, bu proses solaxaylarda beynin əks istiqamətində gedir. Buna görə də tədqiqatçılar yeni və daha kəskin bir təklif verdilər - solaxay və ya sağəlli olub-olmamasından asılı olaraq emosiyaların tənzimləndiyi kortikal sahələrin dəyişdiyi iddiasını ortaya qoydular.

Digər fərziyyələr

Eyni tədqiqat qrupunun əvvəlki araşdırmasına nəzər yetirəndə isə "Qılınc və qalxan" nəzəriyyəsinin bu dəfə Elektroansefaloqrafiya (EEG) vasitəsilə sınaqdan keçirildiyini göstərir. Bu araşdırmada sağ əllərindən istifadə edən insanlarla aparılan təcrübələr göstərdi ki, davranış hislərinin fəallığı sol yarımkürənin aktivliyi ilə üst-üstə düşür. Bu baxımdan, solaxaylarda bu əlaqənin əks getdiyi proqnozlaşdırıldı və bu proqnoza uyğun nəticələr əldə edildi.

Bu araşdırmalarla yanaşı, bəzi fərziyyələr də irəli sürüldü. Elektrikli stimullaşdırma prosedurları ilə depresiya və uzun müddətli narahatlıq problemlərinin müalicəsinin solaxay xəstələr üçün zərərli ola biləcəyi deyildi.

Beynin sol tərəfindəki elektrikli stimullaşdırmanın insan həyatına təsir edən davranış hislərini azaldacağı, yəni standart müalicələrin solaxayların səhhətini pisləşdirə biləcəyi iddiası irəli sürüldü.

Tədqiqat qrupu bütün bu məlumatlar fonunda elektrikli stimullaşdırma prosedurları vasitəsilə depressiya müalicələrinin sağəlli insanlar üçün standart müalicə, əksinə solaxay insanlar üçün tam əks müalicə aparılmalı olduğunu vurğulayıb. Hər iki yarımkürədə dominantlığı olmayan insanlara isə müalicənin tətbiq olunmamasının vacibliyinə diqqət çəkilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1941   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021