Metro istifadəçiləri üçün ŞAD XƏBƏR-RƏSMİ AÇIQLAMA
Bu gün hər kəsin çatacağı ünvana təhlükəsiz və rahat gediş- gəlişini təmin etmək nəqliyyat infrastrukturunun üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan əhalinin ən çox istifadə etdiyi Bakı metropoliteni sərnişindaşımada böyük əhəmiyyət daşıyır. Günün pik satlarında insan sıxlığı isə sərnişındaşımada ən böyük problem olaraq qalır.
Bununla bağlı Sonxeber.az-a danışan "Bakı metropoliteni"-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sərnişindaşımada müsbət əhəmiyyət kəsb edən son işlərdən söhbət açıb:
"Ümimiyyətlə deyim ki, metro elə bir nəqliyyat növüdür ki, hər bir şey gördüyümüz adi qaydada olmur. Məsələn, xəttlər bir- biri ilə kəsişməməlidir, fərqli olmalıdır ki, hər birində qatarların hərəkəti rahat təmin edilsin. Tikinti norma və qaydaları deyilən sənəd var ona uyğun olaraq bu işlər aparılır. Bakıda indiyədək belə bir şey olmayıb".
Bəxtiyar Məmmədov qatarların hərəkətində, eləcə də insan sıxlığında yaranan çətinliyi aradan qaldırmaq üçün bir neçə stansiyada aparılacaq işlər haqqında da məlumat verib:
"Bilirsiniz, 28 may metro stansiyasında yaşıl ilə qırmızı xəttlər sadəcə kəsişmir, həm də birləşir. "28 May"-dan "Həzi Aslanov" stansiyasınadək də, metropoliten xəttləri faktiki olaraq bir xətt üzrə gedir. Bu hərəkətin təşkilində, qatarların hərəkətində müəyyən çətinliklər yaradır. Amma gələcəkdə Bakı metropoliteni konseptual inkişaf sisteminə uyğun olaraq inkişaf etdiriləcək və bu məsələlər, normalar nəzərə alacaq. Qeyd edim ki, artıq bu proses gedir. Yəni buna nümunə olaraq biz Memar Əcəmi metrostansiyasını göstərə bilərik. Bilirsiniz ki, bizim kəsişməyən xəttimizin 28 may və Cəfər Cabbarlı metro stansiyaları da fərqli və bir - birinə keçid stansiyalardır. Gələcəkdə onlar da bir- birindən ayrılacaqdır. Artıq inşaat dövründə bu prinsiplərə ciddi şəkildə əməl olunur".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş