Turizmin inkişafı istiqamətində Azərbaycanın əsas hədəfləri - RƏYLƏR

Turizmin inkişafı istiqamətində Azərbaycanın əsas hədəfləri - RƏYLƏRBu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn əcnəbilərin əksəriyyəti Rusiya, Gürcüstan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan vətəndaşları olub.

2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən ölkəmizə gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, sözügedən ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər təşkil edib.

"Report" bu artımın növbəti illərdə də nə dərəcədə davamlı olacağı, zamanda Azərbaycana Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayını artırmaq üçün hansı addımların atılmalı olduğu və bu istiqamətdə hansı işlərin görüldüyü ilə bağlı mütəxəssislərin fikrilərini öyrənib.

Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə "Report"a verdiyi açıqlamada bildirib ki, Avropa bazarı Azərbaycana turist cəlb etmək yolunda prioritet istiqamətlərdən biridir: "Bu il Azərbaycana Böyük Britaniyadan gələnlərin sayında 23,5%, Almaniyadan gələnlərin sayında 21,4%, İtaliyadan gələnlərin sayında 12,6%, Fransadan gələnlərin sayında 14,7%, Polşadan gələnlərin sayında 32,7% artım müşahidə edilib. Bu ölkələrlə yanaşı, Niderlanddan gələnlərin sayı 5,3%, İsveçrədən gələnlərin sayı 23%, Macarıstandan gələnlərin sayı 31,6%, Latviyadan gələnlərin sayı isə 5,1% artıb. Lakin sadaladığım ilk 5 ölkə hazırda Azərbaycan üçün prioritet bazarlar rolunu oynayır. Ona görə də həmin ölkələrdə gücləndirilmiş təbliğat işləri aparılır. Bu məqsədlə Almaniyada Azərbaycanın rəsmi turizm numayəndəliyi açılıb. Bu cür nümayəndəliyin digər Avropa ölkələrində də açılması nəzərdə tutulub".

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə

"Əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır".

Onun sözlərinə görə, aparılan təbliğat işlərinə misal olaraq infoturların, mediaturların təşkilini, sosial şəbəkələrdəki fəaliyyəti, media vasitəsilə həyata keçirilən işlərimizi, müxtəlif sərgilərdə iştirakımızı göstərə bilərik: "Bütün bu işlərin nəticəsində həmin ölkələrdən gələn turist sayının artdığını görürük. Bizim biri Moskvada, biri isə Dubayda olmaqla iki media habımız var ki, bunlardan birincisi Avropa ölkələri ilə, ikincisi isə Asiya ölkələri ilə işləyir. Ümumilikdə, əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır. Hələ ki, Latın Amerikası və digər bazarlar bizim üçün başlıca istiqamət deyil. Bu iki hab vasitəsilə biz mediada lazımi işlər həyata keçiririk. Hökümətlərarası tədbirlər təşkil edir, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq edirik. Tez-tez bu təşkilatın nümayəndələri ilə həm ölkəmizdə, həm də xaricdə görüşlərimiz olur. Azərbaycanda keçirilən müxtəlif idman yarışlarının, elmi konfransların, işgüzar görüşlərin də təbliğatını aparmaq fəaliyyətimizin əsas prinsiplərindəndir. Bütün bu işlər üçün eyni zamanda Avropa ölkələrindən oradakı bazara yaxşı bələd olan mütəxəssislər də cəlb etmişik".
Turizmin inkişafı istiqamətində Azərbaycanın əsas hədəfləri - RƏYLƏRAzərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə bu il Avropa ölkələrindən gələnlərin sayının artmasının əsas səbəbinin ölkəmizdə keçirilən idman yarışlarının olduğunu deyib: "Statistikaya baxsaq, artımın, əsasən, may ayının sonu və iyun ayınını əvvəllərində olduğunu görəcəyik. Avropalı turistlərin sayının artırılması üçün həm dövlət, həm də özəl qurumlar səylərini əsirgəməməlidir. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Bunlardan biri də hər il müxtəlif sərgilərdə iştirakımızdır. Bu sərgilərdən üçü bizim üçün daha önəmlidir. Bunlardan biri İTB Berlin sərgisi, biri Madriddə keçirilən "Fitur" sərgisi, digəri isə Londonda keçirilən "Dünya Səyahət Bazarı" (World Travel Market) sərgisidir. Biz hər il bu sərgilərdə böyük heyətlə iştirak edirik".

R.Quliyev qeyd etdi ki, gələn il futbol üzrə Avropa çempionatının dörd oyunu Azərbaycanda keçiriləcək: "Biz oyunlar ərəfəsində gələn turistlərin burada daha çox qalmasını təmin etmək üçün cəlbedici addımlar fikirləşməliyik. Avropa ölkələrindən gələn turistlərin sayını artırmaq üçün həmin ölkələrlə Azərbaycan arasında olan ortaq tarixi günləri təyin etmək və həmin günlərdə müxtəlif marşrutlar həyata keçirmək lazımdır. Bundan əlavə, müxtəlif filmlərin də burada çəkilməsi turizmin inkişafına böyük dəstək ola bilər".

Turizm üzrə ekspert Ruslan Quliyev

"Hava limanlarımız bir hab rolunu oynamalıdır".

Assosiasiyanın prezidenti bu sahədə Türkiyə təcrübəsini misal gətirdi: "Belə ki, Rusiya kanallarından biri Türkiyənin Papadokia ərazisində teleserial çəkdi. Bundan sonra həmin əraziyə turist axını kəskin şəkildə artdı. Macarıstan və Gürcüstanda bu ölkələrdə film çəkən xarici nümayəndələrə xərclədikləri vəsaitin 30%-ni qaytarmaq kimi bir təcrübə var. Biz bu praktikadan da yararlana bilərik. Avropadan gələn turist sayının artması üçün nəqliyyat, logistika xərclərinin azaldılması, çarter reyslərinin artırılması da çox önəmli məsələdir. Artıq bizim hava limanlarımız bir hab rolunu oynamalıdır".

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə Avropa ölkələri ilə birbaşa reyslərimizin az olduğunu qeyd edib: "Bu il üçün Azərbaycanda 3 milyon əcnəbi vətəndaşın qəbul edilməsi hədəf götürülüb. Düşünürəm ki, ilin sonuna qədər biz bu məqsədə nail olacağıq. Əsas məqsədlərdən biri də Avropadan gələn turistlərin sayının artırlmasıdır. Çünki Avropa ölkələrində maddi rifah səviyyəsi daha yüksək olduğundan bu ölkələrdən gələn turistlər daha bahalı xidmətlərdən istifadə edə bilirlər. Nəticədə bu da Azərbaycan üçün daha çox gəlir gəlməsi deməkdir.

Turizmin inkişafı istiqamətində Azərbaycanın əsas hədəfləri - RƏYLƏRİlk növbədə, statistik analizləri düzgün aparmaq lazımdır ki, gördüyümüz işlərin nəticəsini dəqiq təyin edək və gələcək işlərimizi effektiv formada planlaşdıraq. Hazırda dövlət statistikamızda turist sözü əvəzinə "əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxslər" ifadəsi işlədilir. Bu ifadə ilə isə ümumi ölkəyə gələn xarici vətəndaşların sayı göstərilir və biz onların içindən turizm məqsədi ilə gələnlərin sayını ayırd edə bilmirik".

Turizm üzrə ekspert Samir Dübəndi

"Avropa ölkələri ilə birbaşa reyslərimizin sayı az, qiymətləri isə çox bahadır".

S. Dübəndi hesab edir ki, bu gün Avropalı turistlərin Azərbaycana gəlməsinə maneə olan əsas səbəblər bizim hava nəqliyyatımızla bağlıdır. Avropa ölkələri ilə birbaşa reyslərimizin sayı az, qiymətləri isə çox bahadır. Əksər hallarda bizim öz vətəndaşlarımız belə Gürcüstanın Kutaisi hava limanından istifadə edirlər. Buna görə də hava nəqliyyatı sahəsində islahatlar aparmaq lazımdır. "Açıq səma" (Open sky) siyasətini həyata keçirmək lazımdır. Bizim regionlarımızda yerləşən hava limanlarından yalnız öz vətəndaşlarımız istifadə edir. Avropa ölkələrinə, demək olar ki, uçuş olmur. Həmin hava limanlarına Kutaisi təcrübəsini tətbiq etmək və ucuz reyslər həyata keçirmək lazımdır. Bundan əlavə çarter reysləri də açılmalıdır. Çarter sırf turist daşınması üçün nəzərdə tutulan bir reysdir. Turizm sektorunun 4 komponenti var ki, bunlardan biri də məhz nəqliyyatdır. Digər 3 komponent isə qidalanma, yerləşmə və gecələmə xidmətləridir. Odur ki, göstərdiyimiz xidmətlərin keyfiyyət səviyyəsini yüksəltməliyik. Ölkəyə turist gələn zaman süni qiymət şişirdilməsi hallarına imkan verməməliyik. Hər bir ölkə vətəndaşı buna riayət etməlidir".

Digər tərəfdən, onun sözlərinə görə, bir neçə ildir ki, Azərbaycan turizm brendinin Avropa ölkələrində tanıdılması istiqamətində müəyyən işlər görülür: "Bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən təbliğat-təşviqat işləri aparılır və Azərbaycan nümayəndələri müxtəlif sərgilərdə iştirak edirlər. Lakin biz Avropanın hər hansı bir şəhərində yerləşən bir parkda Azərbaycan mətbəxinə, mədəni irsimizə aid yığıncaqların keçirildiyini görmürük. Yalnız Heydər Əliyev Fondu tərəfindən təşkil edilən tədbirlərin şahidi oluruq. Dövlət Turizm Agentliyi bu istiqamətdə daha aktiv olmalıdır. Biz bu gün yeni turizm məhsullarının yaradılması üzərində səylərimizi artırmalıyıq. Bu istiqamətdə Dövlət Turizm Agentliyi müəyyən addımlar atır. Azərbaycanda artıq bu günə qədər ənənəvi olmayan turizm məhsulları yaradılır. Lakin hələ də bir sıra turizm növləri Azərbaycanda ənənəvi sahəyə çevrilməyib. Qeyd edim ki, ölkəmizdə turizmi inkişaf etdirmək üçün kifayət qədər yerli mütəxəssislər var. Bunun üçün xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yoxdur. Yalnız bir sıra spesifik sahələrdə xarici mütəxəssisə ehtiyac yarana bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 487   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021