Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolda kimdir? – Politoloqdan açıqlama

Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolda kimdir? – Politoloqdan açıqlamaPolitoloq : "Rusiyada bəzi qüvvələr düşünürlər ki, münaqişə vasitəsilə dondurulmuş şəkildə həm Ermənistana, həm də Azərbaycana təsir edə bilərlər".

Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən başlayaraq həlli bir müəmmaya çevrilən məsələyə dönüşüb.

İllərdir həmsədr ölkələrin bitib-tükənməyən səfərləri, Rusiyanın məsələnin həllində atdığı "addımlar" məsələnin həllində bir yol açmayıb.

İllərdir görünüşdə məsələnin həlli istiqamətində fikir mübadiləsi aparıldığı manipulyasiyası yaradılır.

Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq üçün bir çox təkliflər irəli sürülür. Bir qisim mütəxəssis düşünür ki, bu münaqişənin həllində açar rolu Rusiya oynayır və məsələnin həlli onsuz mümkün deyil.

Bu fikirlərə aydınlıq gətirən politoloq Elxan Şahinoğlu Sonxeber.az-a bildirdi ki, aprel savaşı göstərdi ki, ölkəmizə müdaxilə edən qüvvələr hələ də var.

"Əgər biz təkbaşın vuruşa bilsəydik, bir aya Qarabağı geri qayatara bilərdik. Amma 4 günlük savaşdan sonra göründü ki, nə ABŞ, nə də Fransa bizə təzyiq etmədi, yenə də burada əsas qüvvə Rusiya oldu. Rusiya hər zamanki kimi məsələyə qarışaraq münaqişənin həllində yeniliyə nail olacağımızla bağlı vədlər verdi. Nəticə isə hələ də eyni yerdə olmağımızdır".

Politoloq onu da əlavə etdi ki, Rusiya münaqişənin həllində maraqlı deyil:

"Rusiyada müəyyən mərkəzlər münaqişənin həllində maraqlı deyillər. Düşünürlər ki, münaqişə vasitəsilə dondurulmuş şəkildə həm Ermənistana, həm də Azərbaycana təsir edə bilərlər. Bu baxımdan məsələni Rusiyasız həll etmək çətindir. Əgər Rusiyanın marağı olsaydı, öz təsiri altında olan Ermənistana deyə bilərdi ki, münaqişə həll olunsun. Çünki münaqişənin həlli hər kəsin xeyirinədir. Bu Rusiyanının da bölgə də nüfuzunun artmasında müstəsna rola malikdir. Amma çox təəssüf ki, Rusiyadakı bəzi siyasi mərkəzlər fərqli düşünürlər. Köhnə imperiya düşüncəsi olan "parçala və hökm sür" düşüncəsi ilə hərəkət edirlər. Biz buna baxmayaraq öz işimizi görməliyik. Hərbi qüdrətimizi artırmalı, ordumuzu gücləndirməli, imkan tapan kimi yenidən bu məsələni öz bildiyimiz kimi həll etməyin yollarını tapmalıyıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1877   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021