Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO

Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTOBakıda oxumağı bilməyən qadının adına 4.2 milyon dövriyyəsi olan şirkətlər açılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub: "Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, "gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan". Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik.

2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər "STOP"un var, adına 5 şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər. Mənə dedilər ki, get Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra "Banditizm idarəsi"nə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orda qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər".

E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan "Buttolo", "Ceyson-TT", "Dikson-N.N", "Brayner - S.S", "Lesnek-2018" şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.

Bu şirkətlər üçün "Bank BTB"-də açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə "Brayner - S.S"-də 1,4 milyon manat, "Ceyson-TT"-də 183 min manat, "Buttolo"-da 512 min manat, "Lesnek-2018" 62 min manat, "Dikson-N.N"-də 1,7 milyon manat olub.

Yazıda adı hallanan Çingiz adlı şəxsin nömrəsinə zəng çatmayıb, onun həyat yoldaşı Dilarə adlı qadın isə sualımıza aqressiv cavab verərək "Esmira hara istəyir şikayət etsin, mən ona firma açdırmamışam" deməklə kifayətlənib.

E.Nuriyeva bildirib ki, Çingiz və Dilarə bu işlər məşğul olandan sonra varlanıblar və Çingiz hələ də bu işləri davam etdirir: "Bir neçə gün əvvəl vergi işçisi ilə məni səhv salıb səhvən zəng etmişdi, dedi "bir-iki sənəd var, gətirim onları da həll edək".

Esmira Nuriyeva deyib ki, Daxili İşlər naziri Vilayət Eyvazova və Bakı şəhər prokruroru İlqar Abbasova müraciət edəndən sonra araşdırmalara başlanılıb: "İki gün əvvəl prokurorluqdan zəng edib dedilər ki, sizin şikayəti "Bandotdel"ə tapşırmışıq, onlar araşdıracaq. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu adamları tapsınlar, mənim adıma açılan şirkətlərin vergi borcunu ödətdirsinlər ki, mən gedib ərimi görə bilim. Həmin adamlar da bu işlərə cəzalarını alsınlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1563   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021