"Mənə deyirlər ki, gəlib bağlamanızı götürməsəniz, atacağıq" -Azərpoçtdan şikayət

"Mənə deyirlər ki, gəlib bağlamanızı götürməsəniz, atacağıq" -Azərpoçtdan şikayət"Bağlamam gəlib amma mənə 90 gün sonra xəbər verilir".

Tez – tez mediada "Azərpoçt"un fəaliyyəti ilə bağlı bu cür xəbərlər yer alır. Sosial şəbəkələrdə vətəndaşlar "Azərpoçt"un fəaliyyəti ilə bağlı bu səpikidə şikayətlər edirlər.

Aytac Məmmədova adlı vətəndaşın şikayəti bundan ibarətdir ki, ona gələn bağlamadan 90 gün sonra xəbər tutub.

"Dünən 14 nömrəli poçtdan mobil nömrəmə zəng gəlib. Mənə deyirlər ki, gəlib bağlamanızı götürməsəniz atacağıq. Mən də dedim ki, bağlama çatan kimi mənə məlumat verilməli idi. Mən hazırda bağlamanı götürə bilməyəcəm, çünki işləyirəm və oxuyuram. Mənə bağlamanı götürmək üçün müəyyən vaxt verilməlidir. Cavabında isə deyildi ki, bu sizin probleminizdir. Gəlib götürməsəniz, geri göndərəcəyik".

Daha bir şikayət isə Elvin Zeynalov adlı şəxsdəndir. Vətəndaşın şikayəti 14 nömrəli poçtdandır.

"Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin MAPS şöbəsinə ünvanlanan sorğunu Bakıdakı 14 saylı poçt şöbəsi 7 gün saxladıqdan sonra ünvana çatdırıb. "Azərpoçt"un bu cür davranışı məhkəmədə iddia qaldırılmasını ləngidib".

Kamran Həsənov adlı digər bir istifadəçi "Azərpoçt"un onun bağlamasını gecikdirməsindən şikayət edib.

""Azərpoçt"un ölkəyə gələn bağlamaları ünvana çatdırmağı kimi xaricə göndərilən bağlamaları çatdırması da zibil günündədir. 20 sentyabrda Çinə 6 ədəd bağlama göndərmişəm. Çinə hamısı çatdırılıb ancaq bu 6 bağlamadan biri lazım olan ünvana gedib digər 5 bağlama bir nöqtədə ilişib qalıb, bağlamaları götürməli olan şəxs isə onları ala bilmədiyini deyir. "Azərpoçt"un özünə 20 gün olar məlumat vermişəm problem, ancaq hələ heç bir xəbər yoxdur. Bu yarıtmaz qurumun bir səlhaiyyətli şəxsi yoxdurmu ki, dərdimizi deyək problemi həll etsinlər. Qaynar xəttdə oturanlar onsuzda bir kömək olmurlar, mənim izləmədə görə biləcəyim məlumatı, məndən izləmə nömrəsin soruşub özümə cavab kimi deyirlər. Problemimi ümumiyyətlə anlamırlar ya da özlərini anlamazlığa qoyublar".

Məsələ ilə əlaqədar "Azərpoçt"un qaynar xətti ilə əlaqə saxladıq. Şikayətlə bağlı suallarımızı cavablandıra biləcək şəxsə yönləndirməsini istəsək də, belə bir şəxsin olmadığını, nömrə əvəzinə poçtlarına bununla bağlı mesaj yazmamızı istədilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1258   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel