Eldar Həsənovun bacısı oğluna 12 İL HÖKM OXUNDU

Eldar Həsənovun bacısı oğluna 12 İL HÖKM OXUNDUÖzlərini DTX polkovniki, general kimi təqdim edərək, Qusar Rayon Xəstəxanasının baş həkimindən və digər şəxslərdən külli miqdarda pul alan 3 nəfərdən ibarət dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Unikal.org-a istinadən xəbər verir ki, noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğluna, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğluna və 1978-ci il təvəllüdlü Elxan Hümbətova hökm oxunub. Rövşən Əliyev 9 il, Hətəmxan Çobanov 8 il, Elxan Hümbətov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işindən belə məlum olur ki, sözügedən şəxslər Qusar xəstəxanasının baş həkimi Mübariz Zeynalova qarşı əllərində rüsvayedici faktların olduğunu, xəstəxanadakı həkimlərdən birinin onun barəsində müvafiq orqanlara şikayət yazdığını bildirərək, onu şantaj ediblər. Dəstə üzvlərindən Rövşən Əliyev baş həkimə general kimi təqdim olunub. Əvvəlcə özünü sürücü kimi təqdim edən Elxan Hümbətov isə sonradan M.Zeynalova əslində guya DTX polkovniki olduğunu bildirib.Dəstə üzvləri müxtəlif ssenarilər qurmaqla baş həkimdən üst-üstə 125 min manat pul alıblar.

Dəstə üzvlərinin yüksək vəzifəli şəxslərdən biri ilə bağlılığı olub. Məhkəmə iclaslarında bu işdə iştirakı olan əsas şəxslərdən biri kimi Ələkbər Həsənovun adı çəkilib. İşdə adı dəfələrlə hallanan, "Nüfuzlu Həsənovlardandır", "Hörmətli Ələkbər müəllim" kimi təqdim edilən Ələkbər Həsənovun hazırda Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənovun qardaşı olduğu bildirilir. Onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, məlum olub ki, Ələkbər Həsənov ölkəni tərk edib. Əvvəllər Daxili İşlər Nazirliyində vəzifə tutmuş Ə.Həsənovun sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamenti olub.

Qeyd edək ki, ibtidai istintaqı DTX-nın Baş İstintaq İdarəsi tərəfindən aparılan cinayət işindəki əsas fiqur, baş həkimə qarşı bu planın əsas təşkilatçısı və icraçısı hesab olunan Elxan Hümbətov da sabiq baş prokurorun yaxın qohumudur. Belə ki, Elxan Hümbətov Eldar Həsənovun doğma bacısı oğludur.


Sonxeber.az Telegramda izləyin
Hadisə   Baxılıb: 1881   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda ana və azyaşlı övladı yoxa çıxdı

Daşkəsən rayonunda ana və azyaşlı övladı itkin düşüb. . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. . . Ellazəliyev Asif Qurban oğlu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı Ellazəliyeva Suğra Tofiq qızı azyaşlı övladı Ellazəliyeva Zeynəbl

8 noyabr 2019

Göyçayda it sahibəsinin üzünü dişlədi

Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. . Sonxeber.az Apa.az-a istinadən xəbər verir ki, Göyçayda qadın itin hücumuna məruz qalıb.. . Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.. . Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İ

8 noyabr 2019

Bakıda dəhşətli qəza: bir maşın vurdu, digəri üstündən keçdi - ANBAAN VİDEO

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb. . . Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. . . Sürücü avtomobili yolun kənarında saxlayıb və qapını açaraq avtomobilin yanında, yolun hərəkət hissəsində dayanıb. . . Bu zaman arxadan gələn maşın on

8 noyabr 2019

Bədbəxt hadisə: 2 yaşlı uşaq TƏNDİRDƏ YANDI - FOTO

"Təndiri düz yerdə və köhnə tipli olduğu üçün görməyib, yıxılıb". . Türkiyənin Iğdır şəhərində bədbəxt hadisə baş verib.. . Sonxeber.az AzNews.az-a istinadən xəbər verir ki, şəhərin Qaraquyu kəndində yaşayan Çakmaz ailəsinin kiçik qızı oyun oynayarkən anasının çörək bişirmək üçün yandırdığ

8 noyabr 2019

Balıq tutmaq istəyərkən öldü

Balıq tutmaq istəyən kişi ölüb.. . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.. . Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ruslan Famil oğlu Dövrüşov balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.. . Faktla bağlı araşdırma aparılır

8 noyabr 2019

Bakıda qadın kişini bıçaqladı

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Günay Eyvazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.. . Cinayət işi hakim Cavid Hüseynovu

8 noyabr 2019

Azərbaycanda dəhşətli cinayət: Ad günündə qayçı ilə öldürüldü

Ağcabədi rayonunda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.. . Report-un xəbərinə görə, hadisə noyabrın 7-də saat 17:00 radələrində rayonun Kamil Nəsibov küçəsində baş verib.. . Belə ki, Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Quliyev tanışı, 1974-cü il təvəllüdlü Kərim Sultanovu

8 noyabr 2019

Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi

Faktla bağlı araşdırma aparılır. . Sonxeber.az apa.az-a istinadən xəbər verir ki, Bakıda yerləşən "İnternational" özəl tibbi klinikasında doğuş zamanı ölüm faktı qeydə alınıb.. . 1991-ci il təvəllüdlü Həsənova Xırda Sultanmurad qızı doğuşdan iki gün sonra evə buraxılıb. Bu gün isə o, dünyasın

8 noyabr 2019

Azərbaycanda yük maşını aşdı: xəsarət alan var

Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb.. . Belə ki, 1991-ci il təvəllüdlü Musayıbov Təhmasib İqrar oğlu idarə etdiyi yük maşınını aşırıb. Nəticədə o, xəsarət alıb. Yaralı təcil

8 noyabr 2019