"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur"

"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur""Neft Daşları" miqyasına görə dünyada analoqu olmayan, açıq dənizdə dayaqlar üzərində qurulmuş ilk şəhərdir".

Bunu "Report"a oktyabr ayında çəkiliş qrupu ilə birlikdə Xəzər dənizində yerləşən "Neft Daşları" adlı şəhərə səfər edən "Rossiya-24" telekanalının jurnalisti və iqtisadi xəbərlərin aparıcısı Leyla Əlnəzərova deyib.

İqtisadiyyat üzrə jurnalist olan L.Əlnəzərova bir çox karbohidrogen yataqlarında olub, lakin onun sözlərinə görə, heç vaxt belə irimiqyaslı yataqla qarşılaşmayıb.

"İlk növbədə, yatağın miqyas məni heyrətə gətirdi. Helokipterlə gələrkən miqyası aydın görürsən. Elə "Neft Daşları"nın unikallığı da bundadır, necə deyərlər dünyada analoqu yoxdur", - o bildirib.

"Rossiya-24" telekanalının aparıcısı Leyla Əlnəzərova

"Neft Daşları" yatağında aparılan kəşfiyyat açıq dənizdə neft hasilatının sonrakı inkişafına təkan verdi".

"Neft Daşları"nı bir növ akademiya adlandırırlar. Bu, vaxtilə Sovet İttifaqı, indi isə Azərbaycan neftçilərinin Xəzərdəki forpostudur. Müxtəlif millətlərdən olan mühəndislər burada bilik və bacarıqlara yiyələniblər, sonra da ondan öz ölkələrində istifadə ediblər", - teleaparıcı deyib.

Jurnalistin sözlərinə görə, "Neft Daşları"nın heyrətamiz cəhətlərindən biri də orada rahat qalmaq üçün hər cür şəraitin yaradılmasıdır: "Orada park, çay evi, futbol meydançası və bir çox digər şərait var. Orada olarkən, əlbəttə, sahildən uzaq olduğumuzu və ucu-bucağı görünməyən dənizlə qurudan ayrıldığımızı anlayırıq, amma eyni zamanda istehsalatda olduğumuzu da hiss etmirik. Sanki normal yaşamaq üçün hər cür şəraitin olduğu bir şəhərdəsən. Çəkiliş qrupumuz zarafatla buranı "sanatoriya" adlandırırdı".

L.Əlnəzərova vurğulayıb ki, orada yaşayan və işləyən insanların işlərinə inanılmaz isti və sevgi ilə yanaşmaları onun üçün ən diqqətçəkən məqam olub.

"Dərindən düşünsək, onların çoxu ömrünün bir hissəsini bu yerə həsr edib, bu, onların ikinci evidir, buranı elə belə də adlandırırlar. Çox sayda insanla danışdıq, onlar bir-birlərini ailə adlandırırlar. Bu ailə Azərbaycan naminə işləyir, çünki heç kimə sirr deyil ki, neft sektoru respublika iqtisadiyyatının əsas mühərrikidir. İnsanlar bunu həqiqətən başa düşürlər və işə tam məsuliyyətlə yanaşırlar", - "Rossiya-24" telekanalının aparıcısı əlavə edib.

Bundan əlavə, jurnalist şüurlu şəkildə yola "Neft Daşları"ndan başlamaq qərarına gələn gənc neftçi nəsli ilə ünsiyyət də qurub: "Onlar etiraf edirlər ki, dənizdə işləmək quruda olduğundan daha çətindir. Buna baxmayaraq, gənc oğlanlar orada əvəzolunmaz təcrübə əldə edə biləcəklərini başa düşürlər. Bu, mənim üçün də əvəzolunmaz təcrübə oldu. Hesab edirəm ki, "Neft Daşları"na baş çəkmək və bütün bunları öz gözlərinlə görmək jurnalist uğurudur. Mən rusiyalı jurnalistəm, amma əslən azərbaycanlıyam, Ona görə də Azərbaycanda 70 illik tarixə malik, haqqında bütün dünyada bəhs edilən belə obyektin olmasına görə fəxr hissi keçirirəm".

Bu gün "Neft Daşları"nın rolu barədə danışan L.Əlnəzərova bildirib ki, bu obyektin əhəmiyyəti və funksionallığı dəfələrlə artıb: "Neft Daşları"nın bu gün Azərbaycan üçün rolu barədə qlobal mənada danışarkən qeyd etmək lazımdır ki, bu, sadəcə karbohidrogenlərin çıxarıldığı yataq deyil, mahiyyət etibarilə bir növ nəqliyyat qovşağı, qonşu yataqlar, məsələn "Günəşli"nin dayaz hissəsi ilə rabitə və boru kəmərlərinin kəsişmə mərkəzidir. Yəni "Neft Daşları"nın infrastrukturu hələ uzun müddət bu məqsədlə istifadə olunacaq".

Qeyd edək ki, "Neft Daşları" sənaye qəsəbəsi Xəzər dənizində, Bakıdan 110 km şərqdə yerləşir. "Neft Daşları" ən qədim dəniz neft platforması kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Sosial   Baxılıb: 791   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"8-ci sinif şagirdinin başı kəsilməsi xəbəri yalandır, təxribat məqsədli paylaşımdır"- Kəmalə Ağazadə bəzi saytları qınadı

Bu gün bəzi internet resurslarında Şəmkirdə 8-ci sinif şagirdinin hamilə olduğu üçün Rusiyada yaşayan atasının sifarişi ilə boğazının kəsilməsi ilə bağlı informasiyalar və videolar yayılıb. . . Bununla bağlı Sonxeber.Az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildiri

8 noyabr 2019

Azərbaycanda ət məhsulları ucuzlaşacaq - QANUNA DƏYİŞİKLİK

Xəbər verdiyimiz kimi, noyabrın 7-də Milli Məclisin İqtisadi-Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı məlumat verib. Nazir bildirib ki, edilən dəyişikliklərə əsasən quş ət

8 noyabr 2019

Canlı efirdə gərgin anlar - diz çökdürdüyü oğlanın atası ilə əlbəyaxa oldu - VİDEO

Evdə qonşusu tərəfindən diz çökdürülən 16 yaşlı Arif Qəhrəmanlının atası ilə qarşı tərəf arasında qarşıdurma yaşanıb. . . Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn yeniyetmənin atası oğlunu təhqir edən şəxsdən üzr istəməsini tələb edib

8 noyabr 2019

Baş nazirdən yeni - QƏRAR

Nazirlər Kabineti "Patentin alınması barədə iddia sənədinə aid Tələblər"i təsdiqləyib.. . Sonxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.. . Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması, təqdim edilməs

8 noyabr 2019

Nazirlik Bakıdakı bu məşhur restoranlarla bağlı XƏBƏRDARLIQ ETDİ - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki

8 noyabr 2019

"Ana uşaqlarını ərindən ayırıb internata verdi"- Azərbaycanda şok ailə dramı/ FOTO

Övladları həyat yoldaşı tərəfindən əlindən alınan ata verilişə çıxıb onları axtardı.. Sonxeber.az xəbər verir ki, Bərdə rayon sakini İlham adlı şəxs Atv telekanalında Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilşinə çıxaraq övladlarını axtardığı, bununla bağlı ona kömək edilməsin

8 noyabr 2019

Xalçaçı-rəssam: "Azərbaycanda xalçaçılıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub"

Son illər Azərbaycanda xalçaçılıq sənayesinin inkişafı geniş füsət alıb. Təbii ki, bu sənətin inkişafında Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamların böyük rolu var. Dövlət başçısının bir neçə gün öncə imzaladığı "Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filial

8 noyabr 2019

Metroda qiymət artırılacaq? - AÇIQLAMA

Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.. . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.. . O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur:. . "B

8 noyabr 2019

Yırtıcı heyvanların kəndlərə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır.. . Sonxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarış

8 noyabr 2019