Ekspert: "Azərbaycanda 1000 kubmetr qazın istehlakçıya çatdırılması 156 manata başa gəlir"

Ekspert: "Azərbaycanda 1000 kubmetr qazın istehlakçıya çatdırılması 156 manata başa gəlir"SOCAR-ın 2018-ci il üzrə illik hesabatında qeyd edilib ki, hesabat ilində şirkət üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 155,75 manat təşkil edib. Təbii qazın faktiki xərcinin 1000 kubmetrinin 57,6 manatı təkcə qazın çıxarılmasının maya dəyəridir.

Bunu "Report"a Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib.

Ekspert qeyd edib ki, bura nəqletmə xərcləri, Qaradağ rayonunda Qaz Emalı Zavodunda təmizlənməsi və qurudulması xərcləri, əhaliyə çatdırılmadan öncə qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, həmçinin boruların korroziyadan mühafizə olunması, işçilərin xidmət pulu da daxil olduqda istehlakçıya çatan qazın maya dəyəri qat-qat yüksək olur: "Qaz bir təzyiqdən başqa təzyiqə keçdikdə borularda buzlanma əmələ gəlir ki, onun da tərkibinə metanol maddəsi vurulur. Bu qiymət də xərclərə daxildir".

O vurğulayıb ki, bu gün Azərbaycanda əhaliyə verilən qazın sırf səmt qazı olması ilə bağlı deyilənlər cəfəngiyyatdan və şayiədən başqa bir şey deyil.

"Azərbaycanın illik qaz tələbatı 11 mlrd. kubmetrdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verdiyi səmt qazının həcmi o qədər azdır (Bu ilin 9 ayında 1,6 mlrd. kubmetr) ki, onu istehlakçıya göndərməklə bugünkü istehlak tələbatını ödəmək mümkün olmaz. Azərbaycanda əhaliyə verilən qazın böyük hissəsi SOCAR-ın hasil etdiyi qazdır. SOCAR-ın qaz hasilatında səmt qazının payı azlıq təşkil edir. Şirkətin hasil etdiyi qazın 76%-i fontan qazıdır.

Ölkədə təbii qaza tələbat ilbəil artır. SOCAR öz hasil etdiyi qazın, demək olar ki, hamısını daxili tələbata yönləndirir. Bununla belə, SOCAR-ın öz hasil etdiyi qaz da ölkənin tələbatını tam ödəməyə yetərli olmur. Buna görə "Şahdəniz" yatağından, həmçinin "Azəri-Çıraq-Günəşli" yatağından qaz da əlavə olaraq alınır. Yəni Respublikada istehlak edilən qaz SOCAR-ın hasil etdiyi qaz, "Şahdəniz" qazı və AÇG qazından formalaşır. AÇG-dən hasil edilən qaz səmt qazıdır, "Şahdəniz"dən hasil edilən qaz isə fontan qazıdır. Nəticədə səmt qazının payı ümumi istehlak edilən qazın daxilində 30%-dən azdır. Ümumiyyətlə, təbii qaz nəql zamanı borularda qarışır, yəni "o qazı buraya verək, digər qazı oraya verək" kimi bir şey mümkün deyil. Bu isə o deməkdir ki, Azərbaycanda əhalinin məişətdə istifadəsi üçün verilən qaz sırf səmt qazı deyil".

Ekspert Nüsrət Qasımov

"Bu gün dünyada ən təmiz qaz Azərbaycanda hasil olunur".
N.Qasımov vurğulayıb ki, bu gün dünyada ən təmiz qaz Azərbaycanda hasil olunur. Onun sözlərinə görə, bu qazın 94-96 faizi metandan ibarətdir: "Bu gün bəziləri iddia edir ki, qazın tərkibində zəhər var, amma bunun hansı zəhər olduğunu heç kəs söyləmir. Onların heç biri isə bütün bunları hansı laboratoriyada yoxladıqlarını deyə bilmirlər. Düşünürəm ki, ümumiyyətlə, Azərbaycanın məhsullarını pisləmək düzgün deyil. Bu gün Azərbaycan qazı Türkiyəyə, Gürcüstana ixrac edilir, gələcəkdə Avropaya ixrac olunacaq. Təbii qazın ixracı Azərbaycan büdcəsinə gəlir gətirir. Bəziləri də çıxıb Azərbaycan qazını pisləyir. Düşünürəm ki, Azərbaycan qazının pisləyərək gözdən salmaq ədalətli deyil".

O, məlumat verib ki, qazın öz standartı var və hökumət onu nəzarətdə saxlayır və qazın keyfiyyəti daimi olaraq yoxlanılır: "Bu gün "Azəriqaz" İstehsalat Birliyinin özünün laboratoriyası var ki, mütəmadi olaraq müxtəlif yerlərdən qaz götürülür və yoxlanılır. Əgər əhaliyə verilən qazın tərkibində təmizlənməmiş qaz və digər kənar maddələr varsa, onlar bu laboratoriyada onu aşkar edirlər".

Ekspert həmçinin qeyd edib ki, bu gün dünyada ən ucuz qaz elə Azərbaycanda satılır.
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, hazırda İB-nin təmin etdiyi istehlakçıların təbii qaza olan gündəlik tələbatı payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr civarındadır. 2018-ci ildə ölkədə istehlakçıların təbii qaza olan illik tələbatı 6 mlrd. kubmetrə yaxın olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel