Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO

Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEOBu gün Azərbaycan Dövlət Bayrağı Günüdür.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları bu münasibətlə Azərbaycan xalqını "HaberGlobal"a göndərdikləri maraqlı video ilə təbrik ediblər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:

"Bir millət, iki dövlət" ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!".

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu dəyərli təbrikə görə həmkarına dərin təşəkkürünü ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bildirib ki, Azərbaycan Türkiyənin olmadığı yerdə həmişə onların hüquqlarını layiqincə müdafiə edib.

Türkiyə Böyük Millət Məclisinin sədrinin vəkili Levent Gök, CHP lideri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu, Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Şamil Ayrım, MHP rəhbərinin köməkçisi Mövlud Karakaya, AKP qrup başqan vəkili Məhəmməd Əmin Akbaşoğlu, tanınmış türkiyəli aktyor və şoumen Okan Bayülgen, modelyer və müğənni İvana Sərt, müğənni Hakan Peker, musiqiçi Mustafa Ceceli, futbol şərhçisi Tümer Mətin, tanınmış aparıcı Səba Tümer, aktyor Səlim Bayraqdar, müğənni Ebru Yaşar kimi tanınmış siyasət, ictimaiyyət və sənət dünyasından olanlar Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib, Bayrağımızın əbədi dalğalanmasını arzulayıblar.

Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1187   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

29 mart
.

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart