Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı — AÇIQLAMA

Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı — AÇIQLAMACari ilin 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən Sonxeber.az-a bildirilib ki, səfirliyə bu haqda məlumat daxil olan kimi, dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya xarici işlər nazirliyinin Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılıb.

Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan iki nəfər: Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrinə yerləşdirilib və həkim nəzarətindədirlər.
Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə Səfirliyə məlumat verilməsi xahiş edilib.

Qeyd edilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi Səfirliyin diqqət mərkəzindədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1239   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021