Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet tapılmır- Şikayət

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet tapılmır- ŞikayətHər il müşahidə olunan standart mənzərə- Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet tapılmazlığı bu günlərin aktual mövzusuna çevrilib. Bir neçə günlük istirahətini rayonda ailəsi, qohumları ilə qeyd etmək istəyənlərin sayca çox olması avtovağzalda sıxlıq yaradır. Belə ki, Nar Festivalı münasibəti ilə Göyçaya və Bayraq Günü ilə əlaqədar olaraq 3 günlük tətilə görə digər rayonlara üz tutan sərnişinlər təəssüf ki, avtovağzalda gediş üçün bilet tapa bilmirlər.
Bununla bağlı Sonxeber.az-a şikayət daxil olub. Sərnişinlər şikayət edərək bildirib ki, xəbər proqramlarında bayram günlərini nəzərə alıb avtobus reyslərinin sayının artırıldığı deyilsə də, əslində bilet tapmaq problem olaraq qalır:
"Əlavə reyslər açılacaq demişdilər, lakin yoxdur. Haradadı xəttə buraxılan əlavə avtobuslar? Haradadı müntəzəm hərəkət edən avtobuslar? Niyə xəttə buraxılmır? Qaynar xəttlə əlaqə saxlayıram, deyirlər, heç bir şey dəqiq deyil. Dəqiq olan odur ki, millət işindən-gücündən qalır. Göyçaya bilet almaq üçün 20 dəqiqə növbədə durandan sonra məlum oldu ki, bilet yoxdur. Mən də qeyri-qanuni-biletsiz gedən avtobusla rayona getməli oldum".
Sözügedən şikayətlə bağlı Bakı Beynəlxalq Avtovağzalının Təklif və Şikayətlər üzrə məlumat mərkəzinin operatoru Gülanə Aslanova bilet çatışmazlığı məsələsinə belə aydınlıq gətirib:
"Məlumdur ki, bayramla əlaqədar xeyli sayda vətəndaş rayonlara üz tutur, sərnişin sayı həddindən artıq çox olur. Buna görə, biz hər kəsə tövsiyə edirik ki, bileti ya onlayn, ya da kassadan bir neçə gün, heç olmasa bir gün öncə alsınlar. Biz internet səhifəmizdə də bu haqda elan qoyuruq. Hərdən olur ki, vətəndaş səfərə 30 dəqiqə qalmış gedir avtovağzala, bilet tapa bilmir və bu cür hallarla üzləşir. Çünki biletlər durmadan alınır. 30 dəqiqəlik intervalla istənilən bölgəyə avtobuslar çıxır. Biletin tapılmamağı real deyil".

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel