Maye qazın daha sərfəli alternativi olan CNG-nin qiymətində dəyişiklik olmayacaq

Maye qazın daha sərfəli alternativi olan CNG-nin qiymətində dəyişiklik olmayacaqSon dövrdə Azərbaycanda maye qaza olan tələbat artıb.

"Report"un məlumatına görə, tələbat artımına səbəb maye qazın, ilk növbədə, həm kimya sənayesində, həm də yanacaq kimi istifadə olunmasıdır. Belə ki, kimya sənayesində son dövrdə sürətli inkişaf olduğuna görə LPG-yə olan tələbat da çoxalıb. Digər tərəfdən, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövrü təmir işləri müddətində tələbat kəskinləşib, qıtlıq daha da artıb.

Maye qaz və ya LPG kimi bazarda satışda olan məhsulun qiyməti təchizatçı şirkət tərəfindən tənzimlənir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmin məhsulun ölkə daxilində, sadəcə, istehsalçısıdır. Lakin təchizatçı şirkət tələbata görə məhsulu həm də xaricdən idxal edə bilər.

Yəni SOCAR-ın məhsul üzərində hər hansı bir inhisarçılığı yoxdur və onun qiymətinin tənzimlənməsini həyata keçirmir. Bu qiymət həm SOCAR yanacaqdoldurma məntəqələri, həm də digər yanacaqdoldurma məntəqələri üçün yəqin ki, eyni olacaq və yaxın zamanlarda qiymət artımını gözləmək olar. Maye qazın qiymətinin artımı bununla bağlıdır ki, son dövrdə bazarda bu məhsula olan tələbat artıb.

Artıq dünən "Azpetrol" yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.

LPG-nin satışını həyata keçirən şirkət SOCAR olmasa da, istehlakçıların məmnuniyyətini maksimum dərəcədə təmin etmək üçün şirkət bir müddət əvvəl qabaqlayıcı tədbir olaraq bazara alternativ, daha əlverişli olan analoji yanacaq məhsulunu daxil edib. Bu da CNG-dir - yəni sıxışdırılmış təbii qaz.

Sıxışdırılmış təbii qaz və maye qaz tamamilə ayrı-ayrı məhsullardır. Sıxışdırılmış təbii qazın satışı artıq SOCAR-ın bir çox yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Onun satış qiyməti 0,45 manatdır və qiymətində yaxın zamanda dəyişiklik gözlənilmir. Bu, bununla bağlıdır ki, sıxışdırılmış təbii qaz evdə istifadə etdiyimiz təbii qazdan əldə olunur. Azərbaycanda isə təbii qaz ehtiyatları boldur, bu da qarşıdakı illərdə bu məhsulla təminatı tam rahat şəkildə mümkün edəcək.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3101   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021