Millət vəkili Xose Bernardonun bıçaqlanmasından DANIŞDI
Xəbər verdiyimiz kimi, Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident Pirallahıda yerləşən restoranların birində qeydə alınıb. Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Qeyd edək ki, son dövrlər küçədə bıçaqlanma halları artıb. Bu cür hadisələrin qarşısını almaq üçün hansı tədbirlərin görülməlidir?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, aparıcının bıçaqlanması xəbəri məni çox üzdü: "Düşünürəm ki, bu hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görmək lazımdır. Gənclərin ciblərində bıçaq gəzdirməsi, bir balaca anlaşılmazlıq olan kimi böyük cinayətlərin baş verməsi çox ağır bir məsələdir. Bıçağa əl atan şəxs həm də öz həyatını məhv edir. Hansı ki, o gənc sənət öyrənməli, ailəsinə gəlir gətirib, evlənməlidir. O, həyatının gözəl anını həbsxanada keçirməməlidir. Bunun üçün xüsusi tədbirlər görülməyin artıq vaxtı çatıb. Xarici təcrübəni öyrənməyə, bıçaq satışı ilə bağlı nəzarəti gücləndirməyə ehtiyac var. Ən önəmlisi isə polisə səlahiyyət verilməlidir ki, şüphə doğuran insanları saxlayıb, üzərlərində soyuq silahın olub-olmamasını axtarsın. Düşünürəm ki, bu yolla bir çox qətllərin qarşısını almaq mümkün olar".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş