Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir"

Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir"Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.

Bəs layihənin reallaşmasında Azərbaycanın rolu və onun ölkəmizə verəcəyi faydalar nədən ibarətdir?

Məsələni "Report" üçün şərh edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçinin fikrincə, Azərbaycan "Şimal-Cənub" layihəsinin reallaşdırılmasında mühüm rola malikdir:
"Bir məqamı qeyd etmək vacibdir ki, Azərbaycan Rusiya ilə İran arasında əlaqələndirici həlqə olub vacib tranzit rolu oynadığı üçün "Şimal-Cənub" layihəsinin reallaşdırılmasında mühüm rola malikdir. Ölkə hazırda iqtisadiyyatın diversifikasiyası çərçivəsində bütövlükdə nəqliyyat, ilk növbədə isə, tranzit marşrutlarının inkişafına əhəmiyyətli maliyyə vəsaitləri yönəldir. Bu isə, öz növbəsində, ölkənin mövcud tranzit imkanlarını realizə etməyə imkan verir".
"O, təkcə öz nəqliyyat infrastrukturunu inkişaf etdirmir, Azərbaycan həm də Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi meqa layihələrin inkişafına dəstək verir. Respublika bunu, sadəcə, öz ərazisinə düşən hissələrin aktiv tikintisi ilə deyil, digər ölkələrdə olan və onu əsas marşrutlar və nəqliyyat axınları ilə bağlayan infrastrukturun inkişafına maliyyə və mühəndis dəstəyi göstərməklə edir.
Layihənin Azərbaycan üçün siyasi dividentləri qonşularla əməkdaşlıq münasibətlərində əlavə gündəliyin mövcüdluğundan ibarətdir. İqtisadi baxımdan isə tranzit gücləri yeni iş yerləri və mənfəətin formalaşması üçün uzunmüddətli imkanların yaradılması deməkdir.
Biz artıq görürük ki, Azərbaycanın Xəzər bölgəsi də tədricən vacib nəqliyyat və logistika habına çevrilir. Belə ki, Çinin "Bir kəmər, bir yol" strategiyası çərçivəsində Orta Asiyada formalaşan layihələr bu və ya digər şəkildə Xəzər dəniz marşrutu ilə uzlaşaraq sonradan Azərbaycan ərazisində Bakı-Tbilisi-Qars infrastrukturuna bağlanır. Buna görə də bu gün üçün Azərbaycan Şərq-Qərb istiqaməti üzrə artıq bu sistemə inteqrasiya etməyə müvəffəq olub. Şimal-Cənub layihəsi üzrə işlər bitdikdə isə Azərbaycan artıq tam şəkildə nəqliyyat habı olacaq", - ekspert vurğulayıb.

Əsası 2000-ci ildə Rusiya, İran və Hindistan tərəfindən qoyulan "Şimal-Cənub" layihəsi daha sonra Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan qoşulub.
Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. "Azərbaycan Dəmir Yolları" QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə 15 milyon ton təşkil edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 681   Tarix: 11 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart