Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı - VİDEO/FOTO

Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı - VİDEO/FOTOQardaşımın vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində bir balaca da olsa, özünə gəlib. Reanimasiyadan bu gün səhər saatlarında çıxıb. Sabunçu xəstəxanasında müalicəsini davam etdirir. Qardaşımı Pirallahıdan Sabunçu xəstəxanasına təcili şəkildə gətirdilər.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri teleməkanın tanınmış aparıcısı Xose Bernardo ATV-də yayımlanan "Bizimləsən" sosial-ictimai proqramda dilə gətirib.

Xose ötən gecə qardaşı Rəfael Hüseynov və özünün bıçaqlanmasının təfərrüatını danışıb:
"Ailəlikcə evdə oturmuşduq. Qardaşım qonşuya alət götürmyə gedirdi. Evdə iş görürdü. Qapıdan çıxanda beş dəqiqə keçmədi ki, qışqırıq səsləri gəldi. Qardaşım məni çağırdı. Bizdə də Pirallahıda bina yox həyət evidir. Qapıdan çıxanda gördüm ki, qardaşım qan içindədir.

Qardaşıma 15 bıçaq zərbəsi endirilib. Boğazından, ürəyinin altından, dalağına kimi bıçaqlanmışdı. Cərrahi əməliyyat keçirən qardaşımın dalağını həkimlər kəsib atıblar. Onu kim vurmuşdusa, həmin şəxs həyətdə idi. Onunla dalaşdım, amma güc gələ bilmədim. Çünki bədəncə məndən daha canlı idi. Əlində bıçağı olmasının sonradan fərqinə vardım. Gördüm ki, həmin bıçaq əlimə girib. Bu anda özümü itirdim. Səs küyə qonşularımız gəldi. Həmin şəxs isə həyətdən qaçdı getdi".

Xose qardaşı ilə ona hücüm çəkib bıçaqlayan şəxsin qardaşının sevgilisinin keçmiş həyat yoldaşı olduğunu bildirib. Bernardo həmin şəxsin qardaşını öldürmək məqsədi ilə amansızcasına 15 bıçaq zərbəsi endirdiyini söyləyib:
"Məni və qardaşımı bıçaqlayan şəxs polis tərəfindən tutulub. Hazırda istintaq gedir. O, qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. Anladığım qədər bu hadisə qısqanclıq zəmnində baş verib. Həmin şəxs iki ildir qardaşımın sevgilisindən ayrılıb və yenidən ailə həyatı qurub. O, qapıdan 38 yaşlı qardaşımı güdürmüş. Səhv etmirəmsə, bizi bıçaqlayan şəxs içkili idi. Qardaşımı öldürmək istəyib. Amansızcasına qardaşıma zərbələr vurub. Məqsədi onu öldürmək olub".

Xose Bernardo verlişin gedişatında sabah qolundan əməliyyat olunacağını vurğulayıb: "Sabah özüm qolumdan cərrahi əməliyyat olunacam. Bıçaq əlimin bir tərəfindən girib, digər tərəfindən çıxıb. Bir də ayağımdan bıçaqlanmışam".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2440   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel