Ekspert: "Neft zolağına aid ərazilərdə yaşamaq həyat üçün təhlükəlidir" - VİDEO

Ekspert: "Neft zolağına aid ərazilərdə yaşamaq həyat üçün təhlükəlidir" - VİDEOBakının Sabunçu rayonunda magistral neft kəmərinin mühafizə zolağına aid ərazidə yaşayış evləri tikilib.

Ekspertlər "Report"a bildiriblər ki, belə ərazilərdə tikinti aparmaq qanunsuz olmaqla yanaşı, vətəndaşların həyatı üçün təhlükəlidir. Belə ki, 25 saylı Cəbrayıl məcburi köçkün məktəbinin arxasındakı küçədə yerləşən bu tikililər neft borularına çox yaxın, hətta bəzən bitişik və yeraltı kəmərlərin üzərində tikilib.

İnsanlar bu cür ərazilərdə məskunlaşdığı üçün uşaqlar neft borularının arasında oynayır, hər an həyati təhlükə ilə üz-üzə dayanırlar.

Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova "Report"a deyib ki, qanunvericiliyə əsasən, magistral neft kəmərlərinin 50 metr, bəzi hallarda isə 25 metr məsafədə evlər tikilə bilməz:

"Bu, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü ildə təsdiqlənmiş qaydalarla tənzimlənir. Qaydalara görə, bu cür boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur".

Vəkil qeyd edib ki, bir çox hallarda vətəndaşlar belə ərazilərdə özbaşına tikililər inşa edən zaman dövlət orqanları tərəfindən onlara vaxtında etiraz olunmur:

"Nəticədə, vətəndaşlar uzun müddət həmin tikililərdən istifadə edirlər. Hətta həmin vətəndaşlara elektrik enerjisi, su xətti və digər xətlər çəkilir, onlar da müvafiq kommunal ödənişləri etməklə yaşayırlar. Düşünürlər ki, əgər dövlət buna etiraz etmirsə, mən də burada uzun müddət yaşayıramsa, artıq əmlakın qanuni sahibi hesab edilirəm. Lakin bu yanlışdır. Prezident vətəndaşların tikdiyi evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb və bu istiqamətdə müvafiq işlər aparılır. Ancaq vətəndaşlar bilməlidirlər ki, bu fərman heç bir halda neft boru kəmərlərinin mühafizə zolağında tikilən yaşayış və qeyri-yaşayış sahələrinə tətbiq edilməyəcək. Çünki daşınmaz əmlakın reyesterində qeydiyyata alınma ilə bağlı müəyyən sənədlər siyahısı var.

Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova

"Qanunvericiliyə əsasən, magistral neft kəmərlərinin 50 metr, bəzi hallarda isə 25 metr məsafədə evlər tikilə bilməz".

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Yəni, əgər ev qeyd edilən mühafizə zolağında yerləşirsə, sənəd verilə bilməz".

İ.Həsənova vurğulayır ki, bu cür evlərin qeydiyyata alınmaması ilk növbədə elə vətəndaşların özünün mənafeyi üçündür:

"Çünki sadalanan zonalar istənilən vaxt insan həyatı üçün təhlükəli vəziyyət yarana bilər. Məsələn, Səbail rayonunda neft quyuları olan "20-ci sahə" adlanan ərazidə qadağan edilməsinə baxmayaraq evlər tikilib. Bir neçə il əvvəl həmin ərazidəki quyularda partlayış baş vermiş və insanlar ciddi ziyan çəkmişdi. Yaxud da hazırda icraatımda olan bir işlə bağlı misal göstərim: yüksək gərginlikli elektrik enerjisi xətlərinin yaxınlığında tikilən evdə yaşayan azyaşlı transformatora toxunaraq yerindəcə kül olmuşdu. Ona görə də, belə ərazilərdə yaşamağın təhlükəli olması baxımından həmin ərazilərdə evlərin tikilməsinin və sənədləşdirilməsinin qanunvericiliklə qadağan edilməsi birbaşa vətəndaşların mənafeyi üçündür".

Vəkil onu da əlavə edib ki, neft boru kəmərlərindən mühafizə qaydaları pozulması, həmin ərazilərdə yaşayış və ya qeyri-yaşayış sahələrinin tikilməsi inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da "Report"a bildirib ki, belə ərazilərdə hər an "fors-major" vəziyyət yarana bilər. "Təbii ki, bu da ilk növbədə insanların həyatı, həmçinin əmlakı üçün təhlükəlidir. Bundan başqa, belə ərazilərdə yaşamaq insanların sağlamlığı baxımından doğru deyil. Çünki şüalanma səviyyəsi çox yüksək olur. Bu cür yerlərdə neft, qaz və digər maddələrlə həm torpaq, həm də atmosfer çirklənmiş vəziyyətdə olur. Bu isə vətəndaşların, xüsusilə də uşaqların sağalamlığına zərər vurur, onlar üçün həyati təhlükə yaradır. Çünki uşaqların immuniteti böyüklərə nisbətən zəif olur və zərərli maddələr, ekoloji cəhətdən pis hava onlara daha çox mənfi təsir edir. Yaxud da bu ərazilərdə uşaqların xəstə doğulması və digər çoxsaylı xoşagəlməz hallar müşahidə edilir. Bir sözlə, həm bu gün, həm də gələcək üçün həddindən artıq böyük fəsadlar yaranması mümkündür", - ekspert bildirib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı

"Bu, ilk növbədə, insanların həyatı, həmçinin əmlakı üçün təhlükəlidir"

R.Osmanlı deyir ki, mühafizə zolağı və digər qadağan edilmiş ərazilərdə tikilən evlərlə bağlı başqa problemlər də mövcuddur: "Bu cür ərazilərdə adətən infrastruktur, kommunal xətlər texniki normalara əməl edilmədən çəkilir. Ən əsas problem isə odur ki, bu cür evlər, heç bir halda sənədləşdirilə bilmir. Çünki infrastruktur layihələrinin ərazisində torpağa mülkiyyət hüququ verilmir. Bu da evin qanunvericiliyə uyğun sənədləşdirilməsini, nəticə etibarilə əmlakın qanuni alqı-satqısını mümkünsüz edir. Buna görə də həmin evlərin satışı qeyri-rəsmi, şəxsi razılaşma əsasında əsasında reallaşdırılır. Bu isə gələcəkdə daha neqativ hallara - illərlə davam edən iqtisadi mübahisələrə, dələduzluq cinayətlərinə və s. səbəb olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 796   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart